Aviasiya ilə bağlı mühüm qərar
Nazirlər Kabineti “Eksperimental aviasiyadan və dövlət aviasiyasından kommersiya məqsədləri üçün istifadə Qaydası”nı təsdiq edib.
Lent.az-ın Nazirlər Kabinetinin rəsmi saytına istinadən verdiyi məlumata görə, sənəddə qeyd olunur ki, yüklərin və poçtun qeyri-müntəzəm kommersiya daşımaları, habelə xüsusi xarakterli aviasiya fəaliyyətinin yerinə yetirilməsi üçün eksperimental aviasiya və dövlət aviasiyası aerodromlarının və hava gəmilərinin istifadəsi Müdafiə Nazirliyi ilə razılaşdırılmaqla həyata keçirilir.
Bu zaman Azərbaycan Respublikasının qanunvericiliyində, beynəlxalq qanunvericilikdə mülki aviasiyaya dair və qanunvericilik ilə müəyyən olunmuş digər tələblər (Beynəlxalq Mülki Aviasiya Təşkilatının (ICAO) Standartları və Tövsiyə Olunan Təcrübəsi, digər beynəlxalq təşkilatların tələbləri) mütləq yerinə yetirilməlidir. Eksperimental aviasiya və dövlət aviasiyası hava gəmilərinin kommersiya məqsədləri ilə beynəlxalq uçuşları (zəruri hallarda) Azərbaycan Respublikasının qanunvericiliyinə tam uyğun şəkildə həyata keçirilir. Belə uçuşların yerinə yetirilməsi üçün icazə (Flight Permission) diplomatik kanallar vasitəsilə əvvəlcədən alınır.
Kommersiya məqsədləri ilə istifadəsi nəzərdə tutulan eksperimental aviasiya və dövlət aviasiyası aerodromlarının və hava gəmilərinin siyahısı, habelə sözügedən siyahıya vaxtaşırı edilən dəyişikliklər (aerodromların mümkün dislokasiyası, hava gəmiləri parkının təzələnməsi, digər aerodromların və ya hava gəmilərinin kommersiya məqsədləri ilə istifadəsinə dair müvafiq dövlət orqanlarının qərar qəbul etməsi ilə əlaqədar və s.) müvafiq dövlət orqanları tərəfindən Nazirlər Kabinetinə müvafiq qərar qəbul olunması üçün təqdim edilir.
Müvafiq siyahıya daxil edilməyən eksperimental aviasiya və dövlət aviasiyası aerodromlarının və hava gəmilərinin kommersiya məqsədləri ilə istifadəsi qadağandır. Zəruri hallarda eksperimental aviasiya və dövlət aviasiyası aerodromlarından mülki aviasiya hava gəmilərinin kommersiya uçuşları üçün qanunla müəyyən edilmiş qaydada istifadə edilə bilər.
Dövlət orqanları tərəfindən eksperimental aviasiyadan və dövlət aviasiyasından kommersiya məqsədləri üçün istifadə edildikdə, əldə olunan gəlirlər müvafiq dövlət orqanlarının büdcədənkənar vəsaitlərində nəzərə alınır və onlar tərəfindən büdcədənkənar vəsaitlərin istifadəsinə dair Azərbaycan Respublikasının Maliyyə Nazirliyi ilə razılaşdırılmış xərclər smetaları çərçivəsində tabeliyində olan qurumların istismar və digər xərclərinin ödənilməsinə istifadə oluna bilər. Müvafiq dövlət orqanları bu vəsaitlərin daxil olması və istifadəsi barədə Azərbaycan Respublikasının Maliyyə Nazirliyinə ildə bir dəfə hesabat təqdim edirlər.

Oxşar yazılar
Müasir Mətbəx: Mətbəx Mebelləri və Aspiratorun Dizayndakı Rolu
15 may 2025 , 16:34
POS-terminalı olmayan obyektləri hansı cəza gözləyir? – CAVAB
15 may 2025 , 13:02
Unibank “Yaşıl İnvestisiya Prinsipləri”nə qoşulub
15 may 2025 , 11:00
Azərbaycanda 5 ildə içki və siqaretə 12 milyard xərclənib - ARAŞDIRMA
14 may 2025 , 15:13
"Azercell"in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ilin birinci rübündə 940 müraciət daxil olub
14 may 2025 , 14:26"Kapital Bank"da tələbələr üçün maliyyə və müştəri təcrübəsi təlimləri keçirildi
14 may 2025 , 13:09
Prezident “Azərsun Holdinq” stendini ziyarət edib
13 may 2025 , 19:44