İpoteka kreditləri üzrə ilkin ödənişin artırılması riskləri azaldacaq
26 noyabr 2010 12:34 (UTC +04:00)

İpoteka kreditləri üzrə ilkin ödənişin artırılması riskləri azaldacaq

Xatırladaq ki, noyabrda ipoteka kreditlərinin alınması üçün tələb olunan ilkin ödənişin məbləği 15%-dən 20%-ə qaldırılıb.

AMB-nin sədr müavini Avtandil Babayev “APA-ECONOMICS”ə açıqlamasında bildirib ki, ipoteka kreditləri üzrə ilkin ödənişin məbləğinin artırılması bu sahədə baş verə biləcək risklərdən sığortalanmaq – yəni, ödənişdə problem yaranmaması məqsədi daşıyır: “Müəyyən situativ analizlərdən sonra belə qərara gəlindi ki, risklərin daha da optimallaşdırılması baxımından ilkin ödənişin 20% olması ən məqbul variantdır. Belə olanda, sistemin sabit işinə təminat verən risk məsələləri həllini tapır”.

İpoteka kreditlərinin verilməsi ilə bağlı dövlət başçısının təsdiqlədiyi qaydaları xatırladan A.Babayevin sözlərinə görə, burda ilkin ödənişlə bağlı 15%-lik hədd minimum həddir – bu qaydalara görə, ilkin ödəniş 15%-dən az ola bilməz. Amma hazırda ilkin ödənişi 25-30% müəyyən etmiş banklar da var: “Bu, normaldır və banklar bu addımla öz risklərini tənzimləyir”.

İndiyədək verilmiş ipoteka kreditlərinin qaytarılmasında heç bir problemin qeydə alınmadığını bildirən A.Babayevin sözlərinə görə, bu addımı daha çox qabaqlayıcı tədbir kimi qəbul etmək lazımdır: “İstənilən halda ilkin ödənişin artıq olması riskləri azaldır”.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1365

Oxşar yazılar