Vergi ilə bağlı bir neçə şirkət haqqında cinayət işinə xitam verildi
Vergilər Nazirliyi yanında Vergi Cinayətlərinin İbtidai Araşdırılması Departamentində görülmüş tədbirlər nəticəsində bir sıra fiziki və hüquqi şəxslər tərəfindən dövlət büdcəsindən yayındırılmış vergilərin ödənilməsi təmin olunub. Lent.az-ın Vergilər Nazirliyinin rəsmi saytına istinadən verdiyi məlumata görə, təkcə cari ilin noyabr ayının 20 günü ərzində dövlət büdcəsinə vurulmuş ziyanın ödənilməsi təmin olunduğundan 4 cinayət işi üzrə icraata xitam verilib.
İstintaq zamanı toplanmış materiallarla müəyyən edilib ki, “Texservis-T” və “Qlobal Təminat” məhdud məsuliyyətli cəmiyyətləri, “Samir-B” kiçik müəssisəsi və fiziki şəxs Əhmədov Abid Əziz oğlunun sahibkarlıq fəaliyyəti nəticəsində yaranmış xeyli miqdarda vergilər dövlət büdcəsinə vaxtında ödənilməyib. Göstərilən faktlar sübuta yetirildiyi üçün Azərbaycan Respublikası Cinayət Məcəlləsinin 213.1 maddəsi ilə müvafiq cinayət işləri başlanıb.
İstintaq prosesində sahibkarlara qanunvericiliyin tələbləri, eləcə də dövlətə vurulan ziyan ödənildikdə barələrində cinayət təqibinə xitam veriləcəyi izah olunub. Nəticədə “Texservis-T” və “Qlobal Təminat” MMC-lərin, “Samir-B” kiçik müəssisəsinin rəhbərləri, həmçinin, fiziki şəxs Əhmədov Abid Əziz oğlu fəaliyyətləri nəticəsində yaranmış xeyli miqdarda vergiləri dövlət büdcəsinə köçürmə yolu ilə ödəyiblər. Bu faktlarla bağlı başlanmış cinayət işlərinin icraatına xitam verilib.

Oxşar yazılar
Müasir Mətbəx: Mətbəx Mebelləri və Aspiratorun Dizayndakı Rolu
15 may 2025 , 16:34
POS-terminalı olmayan obyektləri hansı cəza gözləyir? – CAVAB
15 may 2025 , 13:02
Unibank “Yaşıl İnvestisiya Prinsipləri”nə qoşulub
15 may 2025 , 11:00
Azərbaycanda 5 ildə içki və siqaretə 12 milyard xərclənib - ARAŞDIRMA
14 may 2025 , 15:13
"Azercell"in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ilin birinci rübündə 940 müraciət daxil olub
14 may 2025 , 14:26"Kapital Bank"da tələbələr üçün maliyyə və müştəri təcrübəsi təlimləri keçirildi
14 may 2025 , 13:09
Prezident “Azərsun Holdinq” stendini ziyarət edib
13 may 2025 , 19:44