“QƏŞŞŞŞƏNG” kampaniyasına 10 mindən çox müştəri qatılıb - FOTO
“Unibank” Kommersiya Bankı ASC-də “Mobitel”şirkətinin dəstəyi ilə keçirilən “QƏŞŞŞŞƏNG” lotereya kampaniyasında 10 mindən artıq müştəri iştirak edib.
Bankın marketinq departamentindən Lent.az-a bildiriblər ki, bu kampaniya çərçivəsində sentyabr-oktyabr aylarında təcili pul köçürmələri əməliyyatlarını həyata keçirən 100 müştəri artıq “Nokia Supernova 7210” telefonlarının sahibi olub. Bütün qaliblər təsadüfi kompüter seçimi üsulu ilə müstəqil müşahidəçilərdən ibarət Komissiya tərəfindən müəyyən olunub. Lotereya mükafatlarını əldə etmiş ilk qaliblər Bakı şəhər sakini, evdar xanım Rəna Abbasova, Ədliyyə Nazirliyinin əməkdaşı Emil Qasımov, paytaxt şirkətlərindən birində auditor vəzifəsində çalışan Aydın Ağayev olublar.
Rəna Abbasova “Unibank”ın bu kampaniyasından əvvəldən məlumatlı olduğunu deyib: «Özüm dəfələrlə rəfiqələrim və qohumlara “Qəsssəng” kampaniyası barədə danışmışdım. İndi isə, özüm, cəmi bir neçə dəfə pul köçürməsi qəbul etməklə hədiyyə qazanmağın mümkün olduğuna canlı sübuta çevrildim. Zənnimcə, bu gün mən təkcə mobil telefon qazanmadım. “Unibank”dakı mühit və xidmətin səviyyəsi mənə o qədər xoş gəldi ki, mən bundan sonra pul köçürmələrini yalnız onun filialları vasitəsilə qəbul edəcəyəm. Düşünürəm ki, əsl uğur ondan ibarətdir ki, öz Bankına hər şeydə güvənə və etibar edə biləsən. Vərdişlərin əlavə sürprizlər gətirirsə, bu ikiqat xoş olur”.
Kampaniyanın digər qalibi, ədliyyə işçisi Emil Qasımov da bu uduşun onun üçün xoş sürpriz olduğunu söyləyib: “Mən adətən aksiyalarda iştirak etmirəm, heç lotereya da oynamıram. Artıq bir neçə ildir ki “Unibank”ın xidmətlərindən istifadə edirəm. Belə ki, mütəmadi olaraq pul köçürmələri həyata keçirərkən əvvəllər bu bankdan mobil telefon üçün kontur kartlarını əldə edirdim, indi isə “Nokia Supernova” telefonuna sahib oldum. Ən xoşuma gələn isə odur ki, udmaq üçün mənə əlavə nə isə etməyə ehtiyac yox idi – yalnız pul yollayıb, pul qəbul edirdim. Ümumiyyətlə, Bankın bu cür aksiyalar keçirməsi çox yaxşı haldır. Bundan sonra, hətta mənim kimi mühafizəkar düşüncəli müştərilər də, çətin ki, lotereya kampaniyalarının real olmadığını desinlər. Dəqiq bilirəm ki, “Unibank”ın keçirdiyi kampaniyalar realdır”.
Bakıdakı şirkətlərdən birində çalışan Aydın Ağayev isə qalib olmağına görə qətiyyən təəccüblənmir: “Bu aksiyada qalib olmağım az təbiidir. Axı, mən “Unibank”ın xidmətlərindən çoxdandır ki istifadə edirəm. İlk depozit hesabı, ilk əmək haqqı kartı, ilk pul köçürməsi – bütün bunların hamısı mənim üçün “Unibank”da başlanıb. Əlbəttə, mən digər bankların xidmətlərindən də istifadə etməli oluram. Lakin bunu xüsusilə qeyd etmək istəyirəm ki, mənim “Unibank”a münasibətdə loyallığım təsadüfi deyil. Göstərilən xidmətdən və buradakı şəraitdən razıyam. Xidmətlər çox rahatdır, əməkdaşlar səriştəlidirlər, servis kifayət qədər operativ həyata keçirilir. Banka uğurlu fəaliyyət, inkişaf, yeni aksiyaların keçirilməsini və ən əsası isə yeni müştərilər qazanmağı arzulayıram”.
Xatırladaq ki, “QƏŞŞŞŞƏNG” lotereya kampaniyasının növbəti tirajı dekabrın 10-da keçiriləcək. Qiymətli kağızlar üzrə Dövlət Komitəsində qeydiyyatdan keçən şərtlərə uyğun olaraq, mükafatların oynanılmasında ən azı 300 USD, EUR və ya 9000 RUR məbləğində pul köçürmələrini göndərənlər və ya bu köçürmələri alanlar iştirak edirlər. Qeyd edək ki, hazırda “Unibank” 8 pul köçürmə sistemi ilə, o cümlədən “Western Union”, “Faster”, “Xpress Money”, “Bıstraya Poçta”, “Coinstar”, “BLİZKO”, “Zolotaya Korona”, “Kontakt” sistemləri ilə əməkdaşlıq edir.
Elxan SALAHOV

950