Azərbaycan Bosniyadan 4 it alıb
Bu barədə Lent. Az-a Bosniya və Hersoqovinada fəaliyyət göstərən Mina Axtaran İtlər Mərkəzindən məlumat verilib.
Mərkəzdən bildirilib ki, itlər Azərbaycan Ərazilərinin Minalardan Təmizlənməsi üzrə Milli Agentliyin (ANAMA) sifarişi əsasında öyrədilib və onlara partlayıcı maddələrin, TNT-lərin tapılması üçün təlimlər keçirilib: «Bizim hazırladığımız itlər hazırda Azərbaycanda və dünyanın müxtəlif bölgələrində aparılan mina və partlamamış sursat əməliyyatlarında istifadə olunur. Azərbaycan dünyada minaaxtaran itlərdən ən geniş istifadə edən ölkədir. Eyni zamanda azərbaycanlı mütəxəssislər itlərin öyrədilməsi üçün dəfələrlə Mərkəzdə olaraq təcrübə mübadilələri aparıblar».
Mərkəzin təlimçiləri ANAMA üçün ümumilikdə 5 it öyrədib. Bunlardan 4-ü bu yaxınlarda ANAMA-nın özü tərəfindən alınıb, biri isə Marşal Fondu İnstitutu tərəfindən alınaraq ANAMA-ya bağışlanıb. Ümumilikdə isə bu günədək Mina Axtaran İtlər Mərkəzi tərəfindən ANAMA-nın 21 minaaxtaran itinə təlimlər keçirilib.
Qeyd edək ki, Avropada ən böyük it hazırlığı mərkəzlərindən olan Mina Axtaran İtlər Mərkəzində «sapyor» itləri hazırlamaq üçün bir sıra maraqlı metodlardan istifadə edir. Bunun üçün ilk növbədə şar və ya topla oynamağa üstünlük verən köpəklər seçilir. Seçim zamanı güclü fiziki xüsusiyyətləri olan, hədəfi yaxşı müəyyənləşdirə bilən, adamlarla aqressiv rəftar etməyən, iy duyma qabiliyyəti olan heyvanlara üstünlük verilir. Bu itlər əsasən alman ovçarkaları, Belçika ovçarkaları, Belçika çoban itləri və labradorlardan ibarət olur. Seçimdən keçən itlər Mərkəzin təlim proqramı əsasında 13-18 ay təlim keçəndən sonra əməliyyatlara cəlb edilirlər.
Rəşad

Oxşar yazılar
Müasir Mətbəx: Mətbəx Mebelləri və Aspiratorun Dizayndakı Rolu
15 may 2025 , 16:34
POS-terminalı olmayan obyektləri hansı cəza gözləyir? – CAVAB
15 may 2025 , 13:02
Unibank “Yaşıl İnvestisiya Prinsipləri”nə qoşulub
15 may 2025 , 11:00
Azərbaycanda 5 ildə içki və siqaretə 12 milyard xərclənib - ARAŞDIRMA
14 may 2025 , 15:13
"Azercell"in dəstəyi ilə fəaliyyət göstərən “Uşaq Qaynar Xətti”nə 2025-ci ilin birinci rübündə 940 müraciət daxil olub
14 may 2025 , 14:26"Kapital Bank"da tələbələr üçün maliyyə və müştəri təcrübəsi təlimləri keçirildi
14 may 2025 , 13:09
Prezident “Azərsun Holdinq” stendini ziyarət edib
13 may 2025 , 19:44