“Unibank” Milli Kitab Mükafatına sponsorluq edəcək
Bankın marketinq şöbəsindən Lent.az-a bildiriblər ki, bu qurum hər il ən yaxşı ədəbiyyat əsərlərinin müəlliflərinin təltif edildiyi layihənin sponsoru olaraq, müasir Azərbaycan ədəbiyyatının inkişafına əhəmiyyətli pay verə biləcək bütün yazıçılara dəstək vermək niyyətindədir. Belə ki, MKM-ın sponsorları tərəfindən ayrılan vəsait ən yaxşı müəlliflərin dəstəklənməsinə və onların əsərlərinin dərc edilməsinə xərclənəcək.
“Əminəm ki, uğurlu biznes təkcə gəlirin əldə edilməsi deyil, həm də vətəndaşlar və bütövlükdə cəmiyyət qarşısında məsuliyyətdir. Məhz buna görə biz, korporativ təsisatlar arasında ilk cərgədə Milli Kitab Mükafatı layihəsini dəstəklədik” - deyə, “Unibank” ASC İdarə Heyətinin sədri Faiq Hüseynov bildirib.
MKM-nın təsisçisi Nigar Köçərli isə “Unibank” kimi iri bankların milli ədəbiyyatın dəstəklənməsini və bu layihədə sponsorluğunun xüsusi əhəmiyyət daşıdığını söyləyib. Onun fikrincə, “Unibank”ın və layihənin digər sponsorlarının maliyyə köməyi ilə, yazıçıların dəstəklənməsi ənənəsinin davam etdirilməsi Azərbaycan ədəbiyyatının inkişafı üçün əhəmiyyətli addım olacaqdır: “Digər ölkələrin təcrübəsi onu göstərir ki, bu cür mükafatlar məhz milli korporasiyalar tərəfindən dəstəklənir, və çox yaxşı bir haldır ki, belə bir təcrübə bizdə də formalaşmaqdadır”.
Nigar Köçərli deyib ki, ədəbiyyat əsərlərinin Milli Kitab Mükafatı müsabiqəsinə təqdim edilməsi prosesi noyabrın 25-də start götürür və 2011-ci ilin yanvarın 11-dək davam edəcək. Onun sözlərinə görə, təqdim olunan əsərlərin qiymətləndirilməsi ilkin mərhələdə peşəkar ekspertlər tərəfindən aparılacaq. Nəticədə namizəd əsərlərin əvvəl “uzun siyahısı”, sonra isə “qısa siyahısı” hazırlanacaq. Sonrakı mərhələdə seçilən əsərlər Rüstəm İbrahimbəyov, Elçin Şıxlı, Çingiz Abdullayev və xalq arasında digər nüfuz qazanan yazıçı və publisistlərdən ibarət Münsiflər Heyətinin diqqətinə veriləcək.
Qaliblərin elan edilməsi və Milli Kitab Mükafatla təltif olunma mərasimi 2011-ci ilin mayın 31-də keçiriləcək.

Oxşar yazılar

Biləcəridə faizsiz kreditlə mənzil satışları davam edir - "Kristal Abşeron"
16 may 2025 , 14:44
EBRD və Unibank Azərbaycanda ticarət maliyyələşməsini dəstəkləyəcək
16 may 2025 , 14:25
"Huawei"dən yeni nəsil biləyə taxılan cihazlarla bağlı YENİLİK
16 may 2025 , 12:17
ADA Universitetinin 12 tələbəsi "Azercell"də təcrübə keçəcək
16 may 2025 , 11:50
"Birbank Biznes"dən xanım sahibkarlara daha bir fürsət: 15 000 AZN qazanmaq şansına sahib olun
16 may 2025 , 11:46
"AL Market"dən əməkdaşların inkişafına böyük addım – Pərakəndə İnkişaf Mərkəzi qurulur
16 may 2025 , 11:28Müasir Mətbəx: Mətbəx Mebelləri və Aspiratorun Dizayndakı Rolu
15 may 2025 , 16:34