DəmirBank-ın kapitalında Avropa Yenidənqurma və İnkişaf Bankının iştirakının 5 ili tamam olur
23 noyabr 2010 13:12 (UTC +04:00)

DəmirBank-ın kapitalında Avropa Yenidənqurma və İnkişaf Bankının iştirakının 5 ili tamam olur

AYİB bu müqaviləyə əsasən DəmirBank-ın (həmin vaxtı Azərdəmiryolbankın) 25% + 1 səhm paketi ilə səhmdarlarından biri olub.

“Avropa Yenidənqurma və İnkişaf Bankının DəmirBank-ın səhmdarları sırasına daxil olması bankımızın dinamik inkişafının və 1997-ci ildən başlayaraq müxtəlif proqramlar üzrə AYIB ilə uğurlu əməkdaşlığının nəticəsi olmuşdur. Bu müqavilə beynəlxalq maliyyə təşkilatlarının DəmirBank-a marığını və etibarını əks etdirmişdir. Bu hadisə Bankın tarixində ən əlamətdar hadisələrdən biri olaraq bu günədək inkişafımızın mühüm amilləri sırasındadır” – deyə İdarə Heyətinin Sədri Roman Əmircanov bildirib.

AYİB-in DəmirBank-ın kapitalına daxil olmasından sonra Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) ilə də DəmirBank-ın kapitalında 10% səhm paketi ilə iştirak barədə 2007-ci ildə müqavilə imzalanıb. Bu 2 böyük beynəlxalq maliyyə təşkilatları DəmirBank-ın Müşahidə Şurasında da təmsil olunur, bu isə onların Bankın inkişafı və idarə edilməsi ilə bağlı strateji məsələlərdə iştirakı deməkdir.

DəmirBank həmçinin Avropa Yenidənqurma və İnkişaf Bankı ilə kredit və beynəlxalq ticarətin maliyyələşdirilməsi proqramları üzrə 1999-cu ildən geniş əməkdaşlıq edir. DəmirBank AYİB ilə bu sahədə əməkdaşlığa başlayan və bu mötəbər təşkilatdan maliyyə resursları cəlb edən Azərbaycanda ilk banklardan olmuşdur. Hazırda AYİB-in DəmirBank üçün açdığı kredit xətlərinin ümumi həcmi 47 mln. ABŞ dolları məbləğindədir.

Avropa Yenidənqurma və İnkişaf Bankı həmçinin DəmirBank-a institusional inkişaf sahəsində güclü dəstək göstərir. AYİB tərəfindən dəstəklənən Bankın İnstitusional İnkişafı Proqramı üzrə Britaniyanın Lloyds TSB şirkəti DəmirBank-a onun inkişafı və fəaliyyətinin gücləndirilməsi üçün texniki və konsaltinq yardımı göstərmişdir. AYİB həmçinin DəmirBank-ın inkişafı və müxtəlif fəaliyyət istiqamətlərinin gücləndirilməsi istiqamətində digər proqramlarda da fəal iştirak edir.

AYİB dünyada ən qabaqcıl və çox istifadə olunan proqramlardan sayılan “SAP for Banking” avtomatlaşdırılmış bank sisteminin DəmirBank-da tətbiqi üçün geniş dəstək göstərir. “SAP for Banking” sisteminin tam paketinin tətbiqi DəmirBank-ın inkişafını və fəaliyyətini keyfiyyətcə daha yüksək səviyyəyə qaldıracaq. “SAP for Banking” sistemi bu həcmdə Azərbaycanda və Cənubi Qafqazda ilk dəfə olaraq DəmirBank-da tətbiq edilir.

Ölkənin ilk banklarından biri kimi 1989-cu ildən fəaliyyət göstərən DəmirBank 21 illik tarixi ərzində böyük nailiyyətlər əldə etmişdir. Səhmdarları sırasına Avropa Yenidənqurma və İnkişaf Bankının daxil olması ilə DəmirBank ölkənin bank sektorunda fəaliyyətini daha da genişləndirmişdir və bank sektorunda mövqelərini gücləndirmişdir. DəmirBank Avropa Yenidənqurma və İnkişaf Bankı ilə əməkdaşlığı daha da genişləndirməyi nəzərdə tutur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 712

Oxşar yazılar