“BakuTel-2010” sərgisi işinə başlayır
”APA-ECONOMICS”in məlumatına görə, Britaniyanın İTE Group PLC şirkəti və onun Qafqazdakı tərəfdaşı “İteca Caspian LLC” şirkətlərinin təşkilatçılığı ilə keçirilən sərgidə telekommunikasiya və informasiya texnologiyaları sahəsində ən son yeniliklər, avadanlıqlar, Azərbaycanda və dünyada tətbiq olunan xidmətlər nümayiş etdiriləcək.
Açılışında Azərbaycan prezidenti İlham Əliyevin iştirak edəcəyi “BakuTel-2010” sərgisində Azərbaycan, ABŞ, Çin, İsrail, Litva, Malayziya, Türkiyə və digər ölkələr də daxil olmaqla ümumilikdə 16 ölkəni təmsil edən 115 şirkət iştirak edəcək. Bu il sərginin sahəsi 30% artıb, 24 şirkət isə bu il sərgiyə ilk dəfə qoşulub. 23-26 noyabr tarixlərində davam edəcək sərgidə ziyarətçilərə telekommunikasiya və şəbəkələr, kabel və simsiz rabitə, peyk texnologiyaları, proqram təminatı və avtomatlaşdırma sistemləri, İT və ofis texnologiyaları, təhlükəsizlik sistemləri, bank texnologiyası və xidmətlər təqdim ediləcək. Sərgi təşkilatçılarının məlumatlarına görə, burda ziyarətçiləri yeni orijinal stendlərdə sürprizlər və uduşlu oyunlar da gözləyir.
Sərgi ilə paralel noyabrın 24-də Bakıda “İKT və iqlim dəyişiklikləri” mövzusunda konfransın keçirilməsi nəzərdə tutulur. Sərgi iştirakçılarının 40%-ni xarici, 60%-ni isə yerli şirkətlər təşkil edir.

Oxşar yazılar

Biləcəridə faizsiz kreditlə mənzil satışları davam edir - "Kristal Abşeron"
16 may 2025 , 14:44
EBRD və Unibank Azərbaycanda ticarət maliyyələşməsini dəstəkləyəcək
16 may 2025 , 14:25
"Huawei"dən yeni nəsil biləyə taxılan cihazlarla bağlı YENİLİK
16 may 2025 , 12:17
ADA Universitetinin 12 tələbəsi "Azercell"də təcrübə keçəcək
16 may 2025 , 11:50
"Birbank Biznes"dən xanım sahibkarlara daha bir fürsət: 15 000 AZN qazanmaq şansına sahib olun
16 may 2025 , 11:46
"AL Market"dən əməkdaşların inkişafına böyük addım – Pərakəndə İnkişaf Mərkəzi qurulur
16 may 2025 , 11:28Müasir Mətbəx: Mətbəx Mebelləri və Aspiratorun Dizayndakı Rolu
15 may 2025 , 16:34