“APA-Ekonomist”in növbəti sayı çapdan çıxıb
APA-nın məlumatına görə, 2010-cu ilin fevral ayından nəşr olunan jurnalın artıq 9 buraxılışı işıq üzü görüb.
“APA-Ekonomist” jurnalında oxucular Azərbaycanın sosial-iqtisadi həyatının müxtəlif sahələri üzrə icmal və analitik xarakterli məqalə və araşdırma yazıları ilə tanış ola bilərlər. Jurnalın bu sayında dərc olunmuş analitik məqalələrin sırasında ölkənin yaxın 4 il üçün iqtisadi-sosial inkişafı üzrə hökumətin proqnozları, səhm bazarında problemlər, sahibkarlıq sahəsində yoxlamalara dair materialları qeyd etmək olar. Həmçinin bu sayda Mərkəzi Bankın sədr müavini Xəqani Abdullayevlə müsahibə və sığorta şirkətlərin renkinqi də dərc olunub.
Qeyd edək ki, əgər əvvəllər “APA-Ekonomist” jurnalını yalnız redaksiya vasitəsilə abunə yolu ilə almaq mümkün idisə, iyunun əvvəlindən etibarən bu dərgini “Qasid”, “Qaya” və “Azərmətbuatyayım” şirkətlərinin Bakı və Sumqayıt şəhərləri ərazisində fəaliyyət göstərən köşklərindən almaq, həmçinin abunə olmaq mümkündür. Bununla yanaşı, “Ekonomist” və “Metro-Servis” şirkətləri arasında imzalanmış əməkdaşlıq müqaviləsinə əsasən, jurnalın buraxılışlarını Bakı Metropoliteninin stansiyalarında da almaq olar.
Jurnal ayda bir dəfə, rus dilində, 3 min tirajla, A4 formatında nəşr olunur.

Oxşar yazılar

Supermarketlərin ən böyük hiyləsi AÇIQLANDI: siz fərqinə varmadan pul itirirsiniz
5 avqust 2025 , 11:41
Bakının bu qəsəbəsində yenə işıq kəsiləcək
5 avqust 2025 , 09:48
Bakının bu ərazilərində qaz olmayacaq
5 avqust 2025 , 09:36
5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən "Kapital Bank" liderlər yetişdirir
4 avqust 2025 , 16:05
Azərbaycanın bu ərazilərində işıq olmayacaq
4 avqust 2025 , 09:27
Emin Ağalarov kazino açmasına görə tənqidlərə cavab verib
3 avqust 2025 , 12:13
Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı başladı -YENİLƏNİB
2 avqust 2025 , 11:54