Bakıda daha bir tunel istifadəyə hazırlanır
Paytaxtın önəmli yol infrastrukturu layihələrindən sayılan daha bir tunel-keçid kompleksi ilin sonlarında istifadəyə veriləcək.
Nəqliyyat Nazirliyindən Lent.az-a bildiriblər ki, “Gənclik dairəsi”ndə Fətəli Xan Xoyski və Koroğlu Rəhimov küçələrinin kəsişməsində inşa edilən müxtəlif səviyyəli yol və tunel qovşaqlarının tikintisi başa çatmaq üzrədir. Hazırda yolun böyük hissəsi gediş-gəliş üçün bağlı elan olunub. Bununla əlaqədar ərazidə avtomobil tıxacları yaratmamaq məqsədilə tunelin ətraf yolları genişləndirilib və yenidən asfaltlanıb.
Nazirlikdə bildirirlər ki, layihəyə əsasən F. X. Xoyski küçəsindəki yeni tunel 2 tərəfli və 6 zolaqdan ibarətdir. Tunelin üst hissəsində isə uzunluğu 45, eni isə 1,5 metr olan ikitərəfli piyada yolu inşa olunur. Yol qovşağında tamamlanma və dekorativ işlər dekabrın ortalarınadək başa çatacaq. Ayın sonunda isə yol qovşağının bütünlüklə istifadəyə verilməsi nəzərdə tutulur.
Xatırladaq ki, “Gənclik dairəsi”ndəki tunel-keçid kompleksinin tikintisinə bu ilin martında start verilib. Layihənin sifarişçisi Nəqliyyat Nazirliyi, podratçı isə “Akkord” Şirkətlər Qrupudur.
Elxan SALAHOV

Oxşar yazılar

Supermarketlərin ən böyük hiyləsi AÇIQLANDI: siz fərqinə varmadan pul itirirsiniz
5 avqust 2025 , 11:41
Bakının bu qəsəbəsində yenə işıq kəsiləcək
5 avqust 2025 , 09:48
Bakının bu ərazilərində qaz olmayacaq
5 avqust 2025 , 09:36
5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən "Kapital Bank" liderlər yetişdirir
4 avqust 2025 , 16:05
Azərbaycanın bu ərazilərində işıq olmayacaq
4 avqust 2025 , 09:27
Emin Ağalarov kazino açmasına görə tənqidlərə cavab verib
3 avqust 2025 , 12:13
Azərbaycan qazının Türkiyə üzərindən Suriyaya ixracı başladı -YENİLƏNİB
2 avqust 2025 , 11:54