İstehlak qiymətləri bir ayda 0,9 faiz bahalaşıb
Dövlət Statistika Komitəsi 2010-cu ilin yanvar-oktyabr aylarında ölkənin iqtisadi və sosial inkişafının makroiqtisadi göstəricilərini açıqlayıb.
Komitədən Lent.az-a bildiriblər ki, oktyabrda istehlak mallarının qiymətləri və xidmət tarifləri sentyabrla müqayisədə 0,9 faiz, 10 ay ərzində isə keçən ilin müvafiq dövrünə nisbətən 5,3 faiz bahalaşıb. Ərzaq məhsullarının qiymətləri göstərilən dövrlərdə müvafiq olaraq 1,4 faiz və 6,2 faiz, qeyri-ərzaq mallarının qiymətləri 0,9 faiz və 2,1 faiz artıb, xidmət tarifləri 0,2 faiz ucuzlaşıb və 5,2 faiz bahalaşıb.
2010-cu ilin yanvar-oktyabr aylarında ölkə əhalisinin gəlirləri 11,7 faiz artaraq 20,3 milyard manat təşkil edib. Bu vaxt ərzində adambaşına düşən gəlirlər 10,4 faiz yüksələrək 2273,9 manata və ya orta hesabla ayda 227,4 manata çatıb. Muzdla işləyənlərin orta aylıq əmək haqqı yanvar-oktyabr aylarında 2009-cu ilin müvafiq dövrünə nisbətən 7,2 faiz artaraq 320,0 manat olub.
Elxan SALAHOV

Oxşar yazılar

"Azərlotereya"nın dəstəyi ilə şəhid övladları üçün Avstriyada "Əmanətə Sədaqət" yay düşərgəsi keçirilib
5 avqust 2025 , 15:58
Supermarketlərin ən böyük hiyləsi AÇIQLANDI: siz fərqinə varmadan pul itirirsiniz
5 avqust 2025 , 11:41
Bakının bu qəsəbəsində yenə işıq kəsiləcək
5 avqust 2025 , 09:48
Bakının bu ərazilərində qaz olmayacaq
5 avqust 2025 , 09:36
5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən "Kapital Bank" liderlər yetişdirir
4 avqust 2025 , 16:05
Azərbaycanın bu ərazilərində işıq olmayacaq
4 avqust 2025 , 09:27
Emin Ağalarov kazino açmasına görə tənqidlərə cavab verib
3 avqust 2025 , 12:13