İqtisadiyyata kredit qoyuluşu 15 faiz artıb
10 noyabr 2010 15:22 (UTC +04:00)

İqtisadiyyata kredit qoyuluşu 15 faiz artıb

2010-cu il oktyabrın 1-nə Azərbaycan iqtisadiyyatına cəmi kredit qoyuluşları 8936,6 milyon manat təşkil edib. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 14,9 faiz artıb.

Mərkəzi Bankın mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, kredit qoyuluşlarının 448,5 milyon manatı (5 faiz) vaxtı keçmiş kreditlərin payına düşüb. Kreditlərin 29,4 faizi və ya 2631,2 milyon manatı ev təsərrüfatlarına verilib. Ticarət və xidmət sahəsinə yönəldilən kreditlərin həcmi isə 2080,7 milyon manat (23,3 faiz) olub. Nəqliyyat və rabitə sahəsinin payına kreditlərin 463,0 milyon manatı (5,2 faiz), sənaye və istehsalın payına isə 660,0 milyon manatı (7,4 faiz) düşüb.

Energetika, kimya və təbii ehtiyatlar sahəsinə kreditlərin 1061,8 milyon manatı və ya 11,9 faizi, kənd təsərrüfatı və emalına 435,2 milyon manatı (4,9 faizi), inşaat və əmlak sahəsinə 623,7 milyon manat (7,0 faiz), digər sahələrə isə 52,7 milyon manatı (0,6 faizi) yönəldilib.

2010-cu il oktyabrın 1-nə kreditlərin 2486,5 milyon manatı (27,8 faiz) qısamüddətli, 6450,1 milyon manatı (72,2 faiz) isə uzunmüddətli kreditlər olub. Dövlət bankı tərəfindən iqtisadiyyata 3930,9 milyon manat (44,0 faiz), özəl banklar tərəfindən 4823,6 milyon manat (54,0 faiz), qeyri-bank kredit təşkilatları tərəfindən isə 182,2 milyon manat (2,0 faiz) kredit qoyulub. Kreditlərin 5562,1 milyon manatı və ya 62,2 faizi manatla, 3374,6 milyon manatı (37,8 faizi) xarici valyuta ilə verilib.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 831

Oxşar yazılar