“Azərikimya” müsabiqə elan etdi
Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “Azərikimya”ya daxil olan müəssisələrin texnoloji tələblərinə cavab verən yeni azot-oksigen qurğusunun inşası üçün elan olunmuş müsabiqədə bu sahədə ixtisaslaşmış və müəyyən təcrübə qazanmış iddiaçılar iştirak edə bilərlər.
Müsabiqə elanında azot-oksigen qurğusu layihəsinin həyata keçirilməsi üçün tələb olunan əsas sərtlər kimi aşağıdakılar göstərilib:
- layihənin “açar təhvili” şərti ilə həyata keçirilməsi;
- tələb olunan texniki göstəricilərə cavab verilməsi;
- təklif olunan avadanlıq və qurğuların keyfiyyət göstəriciləri;
- təhlükəsiz və səmərəli iş rejimlərinin təminatı.
Müsabiqədə iştirak etmək üçün 18 noyabr saat 17:00-dan gec olmayaraq poçt və ya E-mail (elektron poçt) vasitəsilə aşağıdakı sənədlər təqdim olunmalıdır:
- Müsabiqədə iştirak etmək haqqında müraciət;
- İddiaçının tam adı, hüquqi statusu, nizamnaməsi, qeydiyyatdan keçdiyi ölkə və ünvanı;
- İddiaçının son 3 ildəki maliyyə vəziyyəti barədə bank arayışı;
- İddiaçının analoji layihələrdə təcrübəsi (referens-list), potensialı, texniki və kadr imkanları haqqında məlumat.
İddiaçıların prekvalifikasiyası aparıldıqdan sonra tələb olunan təcrübəyə, texniki və maliyyə resurslarına malik olan iştirakçılara texniki tapşırıq - əsas şərtlər toplusu təqdim olunacaq. Bundan sonra iştirakçılar əsas şərtlər toplusunda göstərilmiş iş həcminə uyğun texniki və kommersiya təkliflərini bağlanmış, imzalanmış və möhürlənmiş ikiqat zərfdə 10 dekabr saat 15:00-dan gec olmayaraq təqdim etməlidirlər. İddiaçıların Müsabiqəyə təqdim etdikləri zərflər 10 dekabr 2010-cu il tarixdə saat 17.00-da “Azərikimya” İB-nin yuxarıda göstərilmiş ünvanda yerləşən binasında açılacaq.

Oxşar yazılar

Ev telefonundan istifadə üçün aylıq abunə haqqı 3,5 manat oldu
6 avqust 2025 , 18:29
Birbank kartlarında yeni dövr: limitsiz bonuslar ilə daha çox qazanmaq imkanı
6 avqust 2025 , 15:47
"Azərlotereya"nın dəstəyi ilə şəhid övladları üçün Avstriyada "Əmanətə Sədaqət" yay düşərgəsi keçirilib
5 avqust 2025 , 15:58
Supermarketlərin ən böyük hiyləsi AÇIQLANDI: siz fərqinə varmadan pul itirirsiniz
5 avqust 2025 , 11:41
Bakının bu qəsəbəsində yenə işıq kəsiləcək
5 avqust 2025 , 09:48
Bakının bu ərazilərində qaz olmayacaq
5 avqust 2025 , 09:36
5-ci “Yüksəliş” müsabiqəsində ən çox qalib sayı ilə fərqlənən "Kapital Bank" liderlər yetişdirir
4 avqust 2025 , 16:05