İstehlakçı hüquqlarının qorunması məsələsi Mingəçevirdə müzakirə olunub
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin təşkil etdiyi konfransda dövlət qurumları və ictimai təşkilatların nümayəndələri, habelə Aran iqtisadi rayonunda fəaliyyət göstərən 250-ə yaxın sahibkar iştirak edib.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, tədbirdə Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin rəisi Zahid İsayev çıxış edərək istehlakçıların hüquqlarının qorunması istiqamətində görülən işlərdən danışıb. O qeyd edib ki, keyfiyyətsiz məhsulların satışının qarşısının alınması istiqamətində bir sıra tədbirlər görülməsinə baxmayaraq, istehlak bazarında hələ də keyfiyyətsiz məhsulların satılması hallarına rast gəlinir. Təkcə bu ilin 9 ayında mənşəyi məlum olmayan, saxlama müddəti ötmüş, etiketlənməsi, habelə keyfiyyət və təhlükəsizlik göstəriciləri normativ sənədlərin tələblərinə uyğun olmayan 1284 ton ərzaq məhsulları satışdan çıxarılıb. Bu ərzaq məhsullarının 267 tonu məhv edilib, 30,3 tonu təkrar emala göndərilib, 586,9 tonu normativ sənədlərin tələblərinə uyğun etiketləndikdən sonra satışa qaytarılıb, 256,9 tonunun insanların qidalanmasında və heyvanların yemlənməsində istifadəsi qadağan edilib, 142,9 tonu ilə bağlı isə araşdırmalar davam etdirilir.
Zahid İsayev deyib ki, bu ilin yanvar-sentyabr aylarında qanun pozuntusuna yol vermiş sahibkarlıq subyektləri barəsində İnzibati Xətalar Məcəlləsinə uyğun olaraq, ümumilikdə 1278 qərar qəbul olunub. İnzibati xətaya yol vermiş şəxslər 1834,1 min manat məbləğində cərimə edilib.
Tədbirdə çıxış edən Səhiyyə Nazirliyinin, Standartlaşdırma, Metrologiya və Patent üzrə Dövlət Komitəsinin, Mingəçevir şəhər İcra Hakimiyyətinin və ictimai təşkilatların nümayəndələri istehlakçı hüquqlarının müdafiəsi ilə bağlı görülən işlərin genişləndirilməsinin məqsədəuyğun sayıblar. Sonda Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin nümayəndələri məruzələrlə çıxış edib və iştirakçılarının suallarını cavablandırıblar.
Elxan SALAHOV

Oxşar yazılar

Azərbaycan nefti bahalaşdı
9 avqust 2025 , 08:36
Hazır mənzil axtaranlara əla xəbər: Nərimanovda köç-yaşa, 4 otaq mənzillər satışda - "Kristal!"
8 avqust 2025 , 14:46
Bakının bu ərazilərində işıq olmayacaq
8 avqust 2025 , 11:59
Azərbaycanda elektrik enerjisinə tələbat rekord həddə çatdı
8 avqust 2025 , 11:05
“Nar” ən yüksək nəticə göstərən abituriyentləri mükafatlandıracaq
7 avqust 2025 , 10:15
Ev telefonundan istifadə üçün aylıq abunə haqqı 3,5 manat oldu
6 avqust 2025 , 18:29
Birbank kartlarında yeni dövr: limitsiz bonuslar ilə daha çox qazanmaq imkanı
6 avqust 2025 , 15:47