Dəmiryolçular Vilnüsdə toplaşır
Sabah Vilnüsdə MDB və Baltikyanı ölkələrin Dəmir Yolu Nəqliyyatı Şurasının 53-cü iclası keçiriləcək.
“Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin (QSC) mətbuat katibliyinin rəisi Nadir Əzməmmədov Lent.az-a bildirib ki, iclasın gündəliyinə 12 məsələ daxil edilib. Bu sıraya 2011-2012-ci il üçün qatarların hərəkət cədvəlinin normativləri, 2020-ci ilədək MDB üzvü olan dövlətlərin dəmir yolu nəqliyyatının inkişaf strategiyasının layihəsi, təhlükəli yük daşıyan yük vaqonlarının normativlərə uyğunlaşdırılması, MDB dövlətləri ərazisində təlimatçı-maşinistə lokomotiv briqadalarının işinin təşkilinə səlahiyyət verilməsi məsələləri də daxildir.
Şuranın 53-cü toplantısı iki gün davam edəcək. Tədbirə “Azərbaycan Dəmir Yolları” Qapalı Səhmdar Cəmiyyətinin sədri Arif Əsgərovun rəhbərlik etdiyi nümayəndə heyəti də qatılacaq.
Elxan SALAHOV

Oxşar yazılar

ABB daşınmaz əmlak bazarı ilə bağlı 3-cü hesabatını yayıb
1 iyul 2025 , 10:45
"Kapital Bank"da yeni təyinatlar olub
30 iyun 2025 , 17:45
İmişli Kəllə Qənd Zavoduna mediatur təşkil edilib
30 iyun 2025 , 16:52
Ucuz maşın almaq istəyənlərin DİQQƏTİNƏ! – Satış başlayır
30 iyun 2025 , 12:15
Bakıda orta aylıq əməkhaqqı - 1400 manat
30 iyun 2025 , 10:44
“Nizami City”də əla fürsət! Tam təmirli mənzillər satışda! - Foto
30 iyun 2025 , 10:30
Bakının bu rayonunda qaz olmayacaq
30 iyun 2025 , 10:24