Azərbaycanda bankomatların sayı 1832-yə çatıb
Bu il sentyabr ayının 1-ə qədər olan müddətdə Azərbaycan üzrə bankomatların sayı 1832 ədədə çatıb.
Mərkəzi Bankın mətbuat xidmətindən Lent.az-a verilən məlumata görə, bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 215 ədəd çoxdur.
Bankomatların 1025-i Bakı şəhərində, 807-si isə digər şəhər və rayonlarda yerləşir.
Bu dövrdə Azərbaycan Respublikası üzrə Pos-terminalların sayı isə 8 min 792 ədəd olub. Bu göstərici ötən ilin müvafiq dövrü ilə müqayisədə 311 ədəd çoxdur. Pos-terminalların 7994-ü Bakı şəhərində, 798-i isə digər regionlarda yerləşir.
Azərbaycan Respublikası üzrə dövriyyədə olan ödəniş kartların sayı keçən isə ilin müvafiq dövrünə nisbətən 7,4% artaraq 4 milyon 53 min ədədə çatıb. Bankomatlar və Pos-terminallar vasitəsilə ödəniş kartları ilə aparılan əməliyyatların sayı 3 milyon 510 min ədəd olub. Onlardan 94,2%-i debet kartlarının payına düşür.

Oxşar yazılar

"Azercell" müştəri xidmətlərini rəqəmsallaşdırmağa davam edir
12 avqust 2025 , 13:24
“Sıfır Tullantı” Həmrəylik Marafonu davam edir: Xəzər Günündə 768 kq tullantı toplanıldı
12 avqust 2025 , 12:44
Unibank endirimli onlayn kredit kamaniyası keçirir
12 avqust 2025 , 11:42“Qarabağ” – “Şkendiya” matçından öncə fan zona təşkil olunacaq
12 avqust 2025 , 11:05
“Bakcell” “11-ci Milli Seçim Konfransı”nın əsas tərəfdaşıdır
11 avqust 2025 , 10:01
Azərbaycan nefti bahalaşdı
9 avqust 2025 , 08:36
Hazır mənzil axtaranlara əla xəbər: Nərimanovda köç-yaşa, 4 otaq mənzillər satışda - "Kristal!"
8 avqust 2025 , 14:46