ARDNŞ-in üzünü güldürən xəbər
“SOCAR Energy Georgia” MMC-nin törəmə müəssisəsi olan “SOCAR Georgia Gaz” İSO 9001:2008 beynəlxalq keyfiyyət sertifikatına layiq görülüb.
Lent.az-ın ARDNŞ-in rəsmi saytına istinadən verdiyi məlumata görə, “SOCAR Georgia Gaz” Gürcüstanın qazlaşdırılmasında iştirak edən birinci kampaniyadır ki, bütün dünyada keyfiyyət və etibarlılıq etalonu sayılan nüfuzlu SGS şirkəti tərəfindən təbii qazın realizasiyası, ixrac edilməsi, distribusiyası, habelə qazlaşdırma və qazpaylama şəbəkələrinin istismarı üzrə belə bir sertifikata layiq görülüb.
“SOCAR Energy Georgia”nın ofisində sertifikatın təntənəli təqdimetmə mərasimi keçirilib. Mərasimdə “SOCAR Energy Georgia”nın baş direktoru Mahir Məmmədov, “SOCAR Georgia Gaz” MMC-nin direktoru Anar Məmmədov və MMC-nin digər əməkdaşları, eləcə də kütləvi informasiya vasitələrinin nümayəndələri iştirak ediblər.
Qeyd edək ki, 2008-ci ildə Gürcüstan İqtisadi İnkişaf Nazirliyinin elan etdiyi tenderdə qalib gəlmiş “SOCAR Georgia Gas” MMC Gürcüstanın 30 şəhər və rayonunda qaztənzimləyici şəbəkənin qurulması istiqamətində fəaliyyət göstərir. ARDNŞ-nin bu törəmə müəssisəsi 3 illik investisiya proqramı əsasında qonşu ölkənin müxtəlif regionlarında yeni qaz kəmərlərinin tikintisi və istismarı işini həyata keçirir.

Oxşar yazılar

“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28
“Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
16 iyul 2025 , 11:23Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16