9 ayda 7,6 milyard kubmetr qaz işlədilib
09 oktyabr 2010 16:54 (UTC +04:00)

9 ayda 7,6 milyard kubmetr qaz işlədilib

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) sentyabr ayı ərzində ölkənin təbii qaz təchizatı sisteminə 881 milyon 66 min kubmetr “mavi yanacaq” verib.

ARDNŞ-nin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, ay ərzində yeraltı qaz anbarlarına 260 milyon 54 min kubmetr təbii qaz vurulub. Bununla da sentyabr ayı ərzində 621 milyon 12 min kubmetr qaz istifadə olunub. Bunun 527 milyon 120 min kubmetri həcmdən sənaye, əhali və “Azərenerji” ASC-nin istifadəsinə, 14 milyon 345 min kubmetri Gürcüstana, 60 milyon 614 min kubmetri Rusiyaya, 18 milyon 933 min kubmetri isə Naxçıvanın qaz təminatı üçün İrana verilib.


ARDNŞ-də bildirirlər ki, bu ilin 9 ayında ölkənin yanacaq-enerji balansında təbii qazın təhvili üzrə nəzərdə tutulmuş öhdəlikləri artıqlaması ilə yerinə yetirib. Belə ki, yanvar-sentyabr ayları ərzində ARDNŞ ölkənin təbii qaz təchizatı sisteminə 8 milyard 365 milyon 780 min kubmetr “mavi yanacaq” verib. Bu isə nəzərdə tutulan proqnozdan 704 milyon 280 min kubmetr çoxdur.

Ümumilikdə ötən 9 ayda yeraltı qaz anbarlarından 638 milyon 680 min kubmetr “mavi
yanacaq” götürülüb. Həmin dövrdə yeraltı qaz anbarlarına əlavə olaraq 1 milyard 312 milyon 982 min kubmetr qaz vurulub. Beləliklə, 2010-cu ilin yanvar-sentyabr ayları ərzində 7 milyard 691 milyon 478 min kubmetr qaz istifadə olunub. Bunun 6 milyard 562 milyon 496 min kubmetri sənaye, əhali və “Azərenerji” ASC-nin istifadəsinə, 247 milyon 355 min kubmetri Gürcüstana, 618,05 milyon kubmetri Rusiyaya, 263 milyon 622 min kubmetri isə Naxçıvanın qaz təminatı üçün İrana verilib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 680

Oxşar yazılar