Azərbaycanda mövsümi gömrük rüsumları tətbiq ediləcək
Bu barədə 2011-ci ilin dövlət büdcəsi layihəsi zərfində məlumat verilir. Bu məqsədlə ölkədə həmçinin mövsümi rüsumların tətbiqi də nəzərdə tutulub.
Kənd Təsərrüfatı Nazirliyi iqtisadiyyat və maliyyə şöbəsinin müdiri Rafiq Məcidov «APA-ECONOMICS»ə bildirib ki, gömrük idxal tariflərinin dəyişməsi taxıl, un və düyü məhsullarına aid olacaq. Mövsümi rüsumların tətbiqi isə əsasən kartof, tərəvəz və taxıl bitkilərinin toxumlarını əhatə edəcək. «Söhbət yaz-payız əkinləri dövründə bu toxumların ölkəyə gətirilməsi üçün rüsumların ləğv edilməsindən gedir», - deyə şöbə müdiri bildirib.
Bununla yanaşı, kənd təsərrüfatının maddi-texniki təminatını yaxşılaşdırmaq üçün lizinq qurumlarının fəaliyyətinin genişləndirilməsi və bu sahədə yeni təşkilatların yaradılması dəstəklənəcək.
Paralel olaraq aqrar sahədə sığortanın stimullaşdırılması üçün müvafiq qanunvericiliyin təkmilləşdirilməsi, eləcə də sahibkarların maliyyə resurslarına olan ehtiyaclarının ödənilməsi üçün kənd yerlərində maliyyə kredit institutlarının yaradılması və inkişafı nəzərdə tutulur.

Oxşar yazılar

“Azərişıq” yenidən TƏŞKİL EDİLİR
13 avqust 2025 , 12:22
Bakıda 30-cu Yubiley Xəzər İnşaat Həftəsi keçiriləcək
13 avqust 2025 , 11:25
Azərbaycanda qadın avtobus sürücüləri olacaq
13 avqust 2025 , 09:57
"Azercell" müştəri xidmətlərini rəqəmsallaşdırmağa davam edir
12 avqust 2025 , 13:24
“Sıfır Tullantı” Həmrəylik Marafonu davam edir: Xəzər Günündə 768 kq tullantı toplanıldı
12 avqust 2025 , 12:44
Unibank endirimli onlayn kredit kamaniyası keçirir
12 avqust 2025 , 11:42“Qarabağ” – “Şkendiya” matçından öncə fan zona təşkil olunacaq
12 avqust 2025 , 11:05