“İnvestisiya fondları haqqında” qanun layihəsi ikinci oxunuşdan keçdi
Bu gün Milli Məclisdə “İnvestisiya fondları haqqında” qanun layihəsi müzakirə olunub.
Lent.az-ın məlumatına görə, Milli Məclisin İqtisadi siyasət komitəsinin sədri Ziyad Səmədzadə bundan əvvəlki qanunun olduqca mürəkkəb olduğunu söyləyib. Onun sözlərinə görə, yeni layihədə də bəzi mürəkkəbliklər var. Lakin ikinci oxunuşdan sonra layihədəki bir çox məsələlər xeyli sadələşdiriləcək.
Ziyad Səmədzadə vurğulayıb ki, yeni qanun layihəsi müasir tələblər nəzərə alınmaqla hazırlanıb. Belə ki, sənəddə investisiya fondlarının dövlət reyestri, səhmdar investisiya fondlarının təşkili və fəaliyyəti, fondu idarəetmə, səhmlərin emissiyası, səhmdar investisiya fondunun investisiya bəyannamələri, investisiya fondlarının payı, paylı investisiya fondlarının paylarının satışı və geri alınması, xarici investisiya fondları və ya nümayəndəliklərin fəaliyyətinə icazənin verilməsi, icazənin ləğvi kimi məsələlər əksini tapıb.
Müzakirələrdə iştirak edən digər millət vəkili Vahid Əhmədov da qanun layihəsinin sadələşdirilməsinə ehtiyac olduğunu söyləyib. Onun sözlərinə görə, layihədə bəzi məsələlər mürəkkəb cümlələrlə ifadə olunub və bu, insanları çaşdıra bilər.
Bununla belə, Vahid Əhmədov hesab edir ki, yeni qanun ölkədə səhmdar cəmiyyətlərinin də inkişafına təkan verəcək. Onun sözlərinə görə, investisiya fondlarında iştirak payının 50 faizlə məhdudlaşdırılmasının izahı verilməlidir: “Bu hədd insanların fond yaradıb vəsait qoymasına maneə yaradır”.
İqtisadi siyasət komitəsinin üzvü, millət vəkili Nazim Məmmədov isə bu qanunun qəbulunun Azərbaycanın hazırkı dövrü üçün əhəmiyyətli olduğunu söyləyib.
Sonda qanun layihəsinin üçüncü oxunuşda təkliflər nəzərə alınmaqla yenidən işlənilməsi tövsiyə olunub.
Elxan SALAHOV

Oxşar yazılar

“Azərişıq” yenidən TƏŞKİL EDİLİR
13 avqust 2025 , 12:22
Bakıda 30-cu Yubiley Xəzər İnşaat Həftəsi keçiriləcək
13 avqust 2025 , 11:25
Azərbaycanda qadın avtobus sürücüləri olacaq
13 avqust 2025 , 09:57
"Azercell" müştəri xidmətlərini rəqəmsallaşdırmağa davam edir
12 avqust 2025 , 13:24
“Sıfır Tullantı” Həmrəylik Marafonu davam edir: Xəzər Günündə 768 kq tullantı toplanıldı
12 avqust 2025 , 12:44
Unibank endirimli onlayn kredit kamaniyası keçirir
12 avqust 2025 , 11:42“Qarabağ” – “Şkendiya” matçından öncə fan zona təşkil olunacaq
12 avqust 2025 , 11:05