DəmirBank və USAID kredit portfelinin təminatı üzrə razılaşma imzaladı
Razılaşma Azərbaycanın qeyri-neft sektorunun inkişafının stimullaşdırılmasına yönəlib və həmin sahədə fəaliyyət göstərən sahibkarlar üçün kreditə çıxışı və kreditin əldə edilməsi prosedurunu sadələşdirir.
"Biz USAID olaraq, iqtisadi inkişaf üçün həlledici məna kəsb edən əsas sahələrdə özəl sektora aid kreditləşməni sövq etməkdən qürur duyuruq", - deyərək USAID-in Qafqaz üzrə Regional Missiyasının Direktoru cənab Conatan Konli söyləmişdir. "Kreditin əldəolunma imkanlarının artırılması fərdlərə öz həyatlarını yaxşılaşdırmağa imkan verir və bölgələrdə iqtisadı inkişafa, xüsusilə də kənd təsərrüfatında daha yüksək artıma nail olunmasını mümkün edir” deyərək cənab Konli əlavə etmişdir ki, qeyri-neft sektorlarının inkişafı Azərbaycanın gələcək inkişafı üçün önəmlidir".
“DəmirBank ölkədə geniş filial şəbəkəsinə malikdir və bu aqrar sektorunun kreditləşməsi sahəsində ABŞ Beynəlxalq İnkişaf Agentliyi (USAID) ilə əməkdaşlığımız üçün yaxşı imkanlar yaradır. Proqramın reallaşması regionlarda sahibkarlığın inkişafı, yeni iş yerlərinin yaradılması və yerli əhalinin rifahının daha da yaxşılaşması üçün çox vacibdir. Sosial baxımdan da proqramın uğurlu olacağına və ölkəmizdə aqrar sənayenin inkişafına töhfə verəcəyinə inanırıq” – deyə DəmirBank-ın İdarə Heyətinin Sədri cənab Roman Əmircanov qeyd etmişdir.
Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

750