ARDNŞ BP ilə saziş imzaladı
07 oktyabr 2010 12:54 (UTC +04:00)

ARDNŞ BP ilə saziş imzaladı

Azərbaycan Respublikası Dövlət Neft Şirkəti (ARDNŞ) ilə BP şirkəti arasında “Şəfəq-Asiman” perspektiv strukturunda birgə kəşfiyyat işləri aparılmasına dair saziş imzalanıb. Sazişi Azərbaycan tərəfdən ARDNŞ-nin prezidenti Rövnəq Abdullayev, qarşı tərəfdən isə “BP-Azerbaycan”ın prezidenti Rəşid Cavanşir imzalayıb.


Lent.az-ın məlumatına görə, sənədə əsasən, Xəzərin Azərbaycan sektorunda yerləşən “Şəfəq-Asiman” perspektiv strukturunun birgə geoloji kəşfiyyatı və işlənməsində yeni Hasilatın Pay Bölgüsü müəyyənləşdirilib. 30 illik müddəti əhatə edən sazişə uyğun olaraq, “BP Exploration Caspian Sea” şirkəti əməliyyatçı kimi müqavilədə 50 faiz paya malik olacaq. Digər 50 faiz pay isə ARDNŞ-yə sahibdir.


Xatırladaq ki, “Şəfəq-Asiman” perspektiv strukturun birgə geoloji kəşfiyyatı və işlənməsi prosesi 4 il davam edəcək. Razılaşmaya əsasən, lazım gəldiyi təqdirdə müddət daha 3 il uzadıla bilər. Hər yataqda bir kəşfiyyat quyusu qazılacaq. Sözügedən perspektiv struktur qaz-kondensat strukturu kimi dəyərləndirilir.

İmzalanma mərasimində BP-nin prezidenti Robert Dadlin də iştirak edib.

Elxan SALAHOV
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 682

Oxşar yazılar