Kürdəmirdə sahibkarlığın inkişafından danışılıb
Kürdəmirdə “Regionlarda sahibkarların maarifləndirilməsi” mövzusunda növbəti tədbir keçirilib. İqtisadi İnkişaf Nazirliyinin Bakı Biznes Tədris Mərkəzinin təşkilatçılığı ilə keçirilən tədbirdə nazirliyin müvafiq strukturlarının, Kürdəmir Rayon İcra Hakimiyyətinin nümayəndələri, Kürdəmirdə fəaliyyət göstərən 100-ə yaxın sahibkar iştirak edib.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, ölkənin sosial-iqtisadi durumu, bu sahənin inkişafı ilə bağlı həyata keçirilən dövlət siyasəti barədə geniş məlumat verilib. Bakı Biznes Tədris Mərkəzinin direktoru Akif Fərruxov sahibkarların və sahibkarlıq fəaliyyətinə yeni başlamaq istəyənlərin maarifləndirilməsi, onların zəruri nəzəri biliklərə və praktiki bacarıqlara yiyələnməsi, beynəlxalq təcrübənin öyrənilməsi, sahibkarlıq subyektlərinə tədris-metodiki, innovasiya və konsaltinq xidmətlərinin göstərilməsi istiqamətində görülən işlərdən danışıb.
Tədbir çərçivəsində İqtisadi İnkişaf Nazirliyinin İqtisadi İslahatlar Elmi-Tədqiqat İnstitutunun şöbə müdiri Rauf Rzayev “Biznesdə risklərin idarə edilməsi və biznesin sığortalanması” mövzusunda təqdimatla çıxış edib.
Elxan SALAHOV

Oxşar yazılar

Bitkoin tarixi rekordunu yenilədi
14 avqust 2025 , 04:30
“Azərişıq” yenidən TƏŞKİL EDİLİR
13 avqust 2025 , 12:22
Bakıda 30-cu Yubiley Xəzər İnşaat Həftəsi keçiriləcək
13 avqust 2025 , 11:25
Azərbaycanda qadın avtobus sürücüləri olacaq
13 avqust 2025 , 09:57
"Azercell" müştəri xidmətlərini rəqəmsallaşdırmağa davam edir
12 avqust 2025 , 13:24
“Sıfır Tullantı” Həmrəylik Marafonu davam edir: Xəzər Günündə 768 kq tullantı toplanıldı
12 avqust 2025 , 12:44