“Gənclik”dəki tunellər ilin axırına hazır olacaq
Metronun , “Gənclik” stansiyası yaxınlığında, Fətəli Xan Xoyski və Koroğlu Rəhimov küçələrinin kəsişməsində inşa olunan tunelin tikintisi yaxın 2 ay müddətinə başa çatacaq. Lakin tunelin istifadəyə verilməsi bir qədər uzun çəkəcək.
Nəqliyyat Nazirliyindən Lent.az-a bildiriblər ki, artıq sahənin öyrənilməsi və kommunikasiyaların dəyişdirilməsi işləri başa çatıb. Hazırda dairə ətrafındakı binalarda və piyada yollarında da yenidənqurma işləri aparılır. Layihəyə əsasən, metronun “Gənclik” stansiyasının Atatürk prospektinə baxan girişin yeri “Qələbə meydanı”nın mərkəzinə doğru dəyişəcək. Yerdəyişmənin məqsədi yenidənqurma işlərindən sonra piyadaların sərbəst hərəkətini təmin etməkdir.
Nazirlikdə bildirirlər ki, “Qələbə meydanı”nda reallaşdırılan bu layihə ərazidə ümumilikdə 5 tunelin inşasını və əlaqədar yolların genişləndirilməsini nəzərdə tutur. Metronun 4 çıxışından əlavə Tofiq Bəhramov adına Respublika Stadionu istiqamətində bir yeni çıxış da açılacaq, ətrafdakı binaların xarici görünüşü dəyişdiriləcək.
Yeni yol qovşağının tam şəkildə gələn ilin yanvarında istifadəyə verilməsi planlaşdırılır.
Elxan SALAHOV

Oxşar yazılar

Bitkoin tarixi rekordunu yenilədi
14 avqust 2025 , 04:30
“Azərişıq” yenidən TƏŞKİL EDİLİR
13 avqust 2025 , 12:22
Bakıda 30-cu Yubiley Xəzər İnşaat Həftəsi keçiriləcək
13 avqust 2025 , 11:25
Azərbaycanda qadın avtobus sürücüləri olacaq
13 avqust 2025 , 09:57
"Azercell" müştəri xidmətlərini rəqəmsallaşdırmağa davam edir
12 avqust 2025 , 13:24
“Sıfır Tullantı” Həmrəylik Marafonu davam edir: Xəzər Günündə 768 kq tullantı toplanıldı
12 avqust 2025 , 12:44