Varlı insanlar qızılı tonlarla alırlar...
Dünyanın varlı insanları iqtisadi durumla bağlı təhlükədən ehtiyatlanaraq maliyyə sektorundan vəsaitlərini çıxararaq tonlarla qızı alırlar. Lent.az-ın verdiyi məlumata görə, bu barədə “Reuters” agentliyi milyarderlərə xidmət edən banklara istinadən belə məlumat yayıb.
Varlı müştərilərlə işləyən İsveçrənin “UBS Bank”ının şöbə müdiri Cozef Stadler deyib ki, varlıların qlobal iqtisadi böhranın ikinci dalğasından ehtiyatlanması qızıl külçələrinə və dağ-mədən şirkətlərinin aksiyalarına tələbatı artırıb. “UBS Bank” varlı müştərilərinə maliyyə vəsaitlərinin 7-10 faizini qiymətli metal aktivləri formasında saxlamağı məsləhət görür: “Müştərilərimiz arasında bir cütlük var ki, 1 tondan artıq qızıl aldılar və həmin qızılı başqa yerə apardılar. Bu qızılın qiyməti 42 milyon dollardan çoxdur”.
“Julius Baer” investisiya bölməsinin Asiya şöbəsinin rəhbəri Ban Ananta-Naqesvaran deyib ki, onlar da müdafiə tədbiri qismində varlı müştərilərinə aktiv qismində qızıl almağı məsləhət görürlər. Başqa sözlə, maliyyə vəsaitlərinin 10 faizini qızılla saxlamağı məsləhət bilirlər.
Qeyd edək ki, hazırda qızılın 1 unsiyası 1 317,5 dollardır.

Oxşar yazılar

Bitkoin tarixi rekordunu yenilədi
14 avqust 2025 , 04:30
“Azərişıq” yenidən TƏŞKİL EDİLİR
13 avqust 2025 , 12:22
Bakıda 30-cu Yubiley Xəzər İnşaat Həftəsi keçiriləcək
13 avqust 2025 , 11:25
Azərbaycanda qadın avtobus sürücüləri olacaq
13 avqust 2025 , 09:57
"Azercell" müştəri xidmətlərini rəqəmsallaşdırmağa davam edir
12 avqust 2025 , 13:24
“Sıfır Tullantı” Həmrəylik Marafonu davam edir: Xəzər Günündə 768 kq tullantı toplanıldı
12 avqust 2025 , 12:44