Azərbaycan alimləri filizi yerin altında yumağı təklif ediblər
01 oktyabr 2010 15:33 (UTC +04:00)

Azərbaycan alimləri filizi yerin altında yumağı təklif ediblər

Lent.az-ın məlumatına görə, alimlərimiz 3 illik tədqiqatlardan sonra belə qənaətə gəliblər ki, ölkənin bəzi filiz yataqlarının istismarında müasir üsul olan yerində yuyub-çıxarma üsulunun tətbiqi mümkündür. Xörək duzu və elektrik gərginliyinin başlıca rol oynadığı bu üsulla faydalı metalları, xüsusən də qızılı qazıntılar aparmadan, yəni elə yerin altındaca yuyub çıxarmaq mümkündür. Bu üsul asan, xeyli ucuz və tez başa gələndir. Eyni zamanda təbiətə heç bir ziyan vurmur.

Yerində yuyub çıxarma üsulu dünyanın müxtəlif filiz yataqlarında tətbiq olunur. Azərbaycanda isə indiyədək bu formada metal çıxarılmayıb. Artıq ölkəmizə yeni gələn üsulun tətbiqi üçün Geologiya İnstitutunda müasir elmi-texniki baza təşkil edilib.

Yeni texnologiyanın Azərbaycanda fəaliyyət göstərən Beynəlxalq Mədən Əməliyyat Şirkəti ilə birgə Gədəbəy və Göygöl rayonlarındakı yataqların üzərində təcrübədən keçirilməsi nəzərdə tutulur.
1 2 3 4 5 İDMAN XƏBƏRLƏRİ
# 1249

Oxşar yazılar