2 ildə “Unibank”ın kapitallaşma səviyyəsi 3 dəfə artıb
“Unibank” ilk dəfə olaraq, öz kapitalını səhmlərinin nominalının yüksəldilməsi hesabına artıracaq. Belə ki, səhmlərin hər birinin dəyəri 8 faiz artaraq 2 manatdan 2,16 manata çatacaq.
Bu qərar bankın səhmdarlarının sentyabrın 24-də keçirdiyi növbədənkənar yığıncaqda qəbul edilib. “Unibank”ın marketinq şöbəsindən Lent.az-a verilən məlumata görə, bu qərarın nəticəsində bankın kapitalı 3,327 milyon manat artaraq ilk dəfə olaraq 44,919 milyon manata, ölkənin bank sektorunda ən yaxşı göstəricilərdən birinə çatacaq. Bankın nizamnamə kapitalının onun səhmlərinin nominal dəyərinin yüksəldilməsi vasitəsilə artırılması “Bankların, sığorta və təkrar sığorta şirkətlərinin kapitallaşdırılmasının artırılmasının stimullaşdırılması haqqında” qanunun çərçivəsində yerinə yetirilir. Bu qanun 2009-cu ilin yanvar ayının 1-də qüvvəyə minmişdir və mənfəətin nizamnamə kapitalının artırılmasına yönəldilən hissəsinin 2012-ci ilədək vergidən azad edilməsini nəzərdə tutur.
Xatırladaq ki, bu ilin yayında “Unibank”ın nizamnamə kapitalı hər birinin nominalı 2 manat olan 5 796 000 ədəd adi adlı sənədsiz səhmin emissiyası yolu ilə 41,592 milyon manatadək artırılmışdı. Onun nəticələri avqust ayının 31-də Qiymətli Kağızlar üzrə Dövlət Komitəsində rəsmi qeydiyyatdan keçirilmişdi. Beləliklə, son 2 il ərzində “Unibank”ın kapitallaşma səviyyəsi təxminən 3 dəfə və ya 30 milyon manat artıb.
“Kapitallaşmanın yeni səviyyəsi bizə biznesin, konkret olaraq kredit portfelinin, həcmini daha inamla artırmaq imkanı verəcək” - deyə, “Unibank” ASC-nin İdarə Heyətinin Sədri Faiq Hüseynov bildirib. Onun fikrincə, kapitalın rekord səviyyədə artımı, ilk növbədə, Banka öz kredit imkanlarını Azərbaycan iqtisadiyyatının ən iri subyektlərinin tələblərinə cavab verə biləcək səviyyəyə qədər artırmaq imkanı verir.
Faiq Hüseynov hesab edir ki, kapitalın sürətli artımı “Unibank”ın maliyyə baxımından dayanıqlılığını əks etdirən amil kimi səciyyələndirilməlidir. Onun sözlərinə görə, nizamnamə kapitalının əhəmiyyətli dərəcədə artması bir daha ona şəhadət edir ki, beynəlxalq maliyyə təsisatları daxil olmaqla, “Unibank”ın səhmdarları bankın inkişaf potensialına inamla baxırlar.
“Səhmdarlar Bankı fəal surətdə dəstəkləməkdə davam edirlər, çünki bizim tərəfimizdən onun inkişafının uzunmüddətli strategiyası işlənib hazırlanıb, bütün biznes-proseslər optimallaşdırılıb, qabaqcıl texnologiyalar tətbiq edilir. Bütün bunlar bankda müştəriyə yönümü təmin edir və ən iddialı məqsədlərə nail olmaq üçün bünövrə yaradır. Öz növbəsində, kapitalın artırılması bizə böyük həcmdə öhdəliklər qəbul etmək, bazarda mövqeyimizi gücləndirmək və müştərilərimiz üçün maliyyə baxımından daha dayanıqlı tərəf-müqabil olmaq imkanı verir” - deyə, deyə, Faiq Hüseynov əlavə edib.
Elxan SALAHOV

998