Azərbaycanın 500 min ton taxıl ehtiyatı olacaq
Bu il Azərbaycanda istehsal olunacaq dənli və dənli-paxlalı bitkilərin ümumi həcmi təxminən 2 milyon ton civarında olacaq. Bu, ötən illə müqayisədə 30-33 faiz aşağıdır.
Lent.az-ın məlumatına görə, kənd təsərrüfatı naziri İsmət Abbasov jurnalistlərə açıqlamasında belə deyib. Onun sözlərinə görə, bütün bölgədə, o cümlədən Rusiyada və Qazaxıstanda dənli bitkilərin istehsalı daha çox aşağı düşüb.
Nazir dənli bitki, o cümlədən taxıl istehsalının aşağı düşməsini hava şəraitinin qeyri-sabitliyi ilə əlaqələndirib. Onun sözlərinə görə, mayalanma dövründə mütəmadi olaraq yağış yağması, sonradan isə istilər məhsuldarlığa mənfi təsir göstərib: “Amma bu, onu deməyə əsas vermir ki, ölkənin taxıl təminatında hər hansı problem ola bilər. Çünki 1,3 milyon ton ərzaq buğdası istehsal olunub. Həmçinin, avqust ayının sonunadək Azərbaycana təxminən 700 min ton ərzaq buğdası gətirilib. Azərbaycana xaricdən buğda ixracı bu gün də davam edir”.
İsmət Abbasov onu da qeyd edib ki, Taxıl Ehtiyatı Fondu təxminən 250 min ton taxıl ehtiyatı toplayıb. Həmçinin Taxıl Ehtiyat Fondu üçün əlavə olaraq, 50 milyon manat vəsait ayırıb: “Bunu isə indiki qiymətlərlə hesablasaq, Taxıl Ehtiyatı Fondu əlavə olaraq 250 min ton taxıl gətirə biləcək. Bu isə o deməkdir ki, növbəti mövsümədək Azərbaycanın 500 min tona qədər taxıl ehtiyatı olacaq. Ona görə də taxılın bahalaşacağına dair narahatlıq yoxdur”.
Elxan SALAHOV

1035