Azərbaycanda hələ uzunmüddətli istiqrazlara tələbat yoxdur
“Əfsuslar olsun ki, 3 illik istiqrazlara Azərbaycanın daxili bazarında o qədər də böyük tələbat hiss etmirik”.
Lent.az-ın verdiyi məlumata görə, bunu maliyyə naziri Samir Şərifov söyləyib.
Samir Şərifov deyib ki, istiqrazlar bazarın inkişaf etdirilməsi məqsədi ilə buraxılır: “Bu, həm bank, həm də sığorta təşkilatları üçün vacibdir. Çünki öhdəliklərinin tənzimlənməsi üçün aktivlərini buna uyğunlaşdırmalıdırlar. Bu baxımdan qiymətli kağızları bazara təklif edirik. Lakin daha uzunmüddətli qiymətli kağızların buraxılması ilə bağlı tələbat görmürük. Tələbat yoxdursa, uzun müddətli istiqrazların buraxılması məqsədəuyğun olmazdı”.
Ramiz

796