“Ekstra” və “Sol” duzlar da saxta çıxdı
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti bir kiloqramlıq “Ekstra” və “Sol” duzlarının tərkibində yodun miqdarının normadan az olduğunu üzə çıxarıb.
İqtisadi İnkişaf Nazirliyinin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, satışda olan duzlardan götürülmüş nümunələrin laborator müayinəsi zamanı Ukraynanın Donetsk vilayətinin Slovyansk şəhərində yerləşən “Slovyansk duzçıxarma şirkəti”ndə istehsal edilmiş “Ekstra” və Rusiyanın Həştərxan vilayətinin Nijni Baskunçak qəsəbəsində yerləşən “Bassol” ASC-nin istehsalı olan “Sol” yodlaşdırılmış süfrə duzlarının tərkibində yodun miqdarının normadan və etiket göstəricisindən az olduğu müəyyənləşdirilib. Bununla əlaqədar həmin duzların idxalçısı olan “Lavanda” MMC-nin Gəncə və Xaçmaz şəhərlərində yerləşən anbarlarında olan duzlardan nümunələr götürülərək laborator müayinəyə göndərilib. Laborator müayinə nəticəsində də “Slovyansk duzçıxarma şirkəti”ndə istehsal edilmiş “Ekstra” və “Bassol” ASC-də istehsal edilmiş 1000 qr-lıq “Sol” yodlaşdırılmış süfrə duzlarının tərkibində yodun miqdarının normadan və etiket göstəricisindən az olduğu müəyyən olunub.
Aşkar edilmiş qanun pozuntuları ilə əlaqədar, müəssisənin anbarında olan 67,7 ton “Ekstra” və 10,5 ton “Sol” yodlaşdırılmış süfrə duzlarının satışının qadağan edilməsi və bu duzların ticarət şəbəkəsindən çıxarılması barədə “Lavanda” MMC-yə Dövlət Xidməti tərəfindən icrası məcburi göstəriş verilib.
Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidməti 1000 qramlıq “Ekstra” və “Bassol” ASC-də istehsal edilmiş “Sol” duzlarını almamağı tövsiyə edir.
Elxan SALAHOV

Oxşar yazılar

Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52
Bakının bu rayonlarında QAZ OLMAYACAQ
14 avqust 2025 , 09:36
Bitkoin tarixi rekordunu yenilədi
14 avqust 2025 , 04:30
“Azərişıq” yenidən TƏŞKİL EDİLİR
13 avqust 2025 , 12:22