Siyahıda ikinci yerdə ABŞ qərarlaşıb. Belə ki, yanvar-avqust aylarında ABŞ-ın Azərbaycanın əsas kapitalına yatırdığı investisiyaların həcmi 2009-cu ilin analoji dövrü ilə müqayisədə 71,3% artaraq 223 960,6 min manata çatıb.
Siyahıda üçüncü yerdə ötən ilki kimi Yaponiya, daha sonra Norveç və Türkiyə qərarlaşıb. Hesabat dövründə Yaponiya investorları tərəfindən Azərbaycanın əsas kapitalına 117 157,8 min manat (+71,2%), Norveç investorları tərəfindən 72 643,6 min manat (+70,5%), Türkiyə investorları tərəfindən isə 63 801,3 min manat (+88,5%) sərmayə yatırılıb.
Siyahının ilk onluğunu 21 654,6 min manat investisiya yönəltmiş Cənubi Koreya, 20 448,5 min manatla Fransa, 5 068,0 min manatla Çexiya, 3 359,3 min manatla Səudiyyə Ərəbistanı və 1 937,2 min manatla Rusiya tamamlayır.
Qeyd edək ki, hesabat dövründə Azərbaycanın əsas kapitalına yönəldilmiş xarici investisiyaların ümumi həcmi 1 103,1 mln. manat təşkil edib. Bu da ötən ilin analoji dövrü ilə müqayisədə 31,5% çoxdur.
Azərbaycanın əsas kapitalına vəsait yatırmış investorların ilk onluğu siyahısı
№ | Ölkə | 2010-cu ilin yanvar-avqust aylarında | Ümumi |
1. | Böyük Britaniya | 505 038,8 | 45,8 |
2. | ABŞ | 223 960,6 | 20,3 |
3. | Yaponiya | 117 157,8 | 10,6 |
4. | Norveç | 72 643,6 | 6,6 |
5. | Türkiyə | 63 801,3 | 5,8 |
6. | Koreya Respublikası | 21 654,6 | 2,0 |
7. | Fransa | 20 448,5 | 1,8 |
8. | Çexiya | 5 068,0 | 0,5 |
9. | Səudiyyə Ərəbistanı | 3 359,3 | 0,3 |
10. | Rusiya | 1 937,2 | 0,2 |