DəmirBank öz vəsaiti hesabına əhaliyə ipoteka kreditləri təklif edir
Bankın öz vəsaiti hesabına ipoteka kreditlərinin şərtlərinə əsasən müştəri alınacaq yaşayış sahəsinin qiymətinin ən azı 35%-i məbləğində ilkin ödəniş etməlidir. Kreditin məbləği 25 000-dən 200 000-dək manat və ya ABŞ dolları ilə ekvivalentində ola bilər. Bankın vəsaiti hesabına ipoteka krediti 5 il müddətinə illik 18% dərəcəsi ilə verilir.
DəmirBank həmçinin Azərbaycan İpoteka Fondunun üzvüdür və əhaliyə fond tərəfindən ayrılan maliyyə vəsaiti hesabına adi və sosial ipoteka kreditlərinin verilməsində iştirak edir.
“İpoteka kreditləşməsi sahəsində Azərbaycan İpoteka Fondu ilə geniş əməkdaşlıqla yanaşı DəmirBank həm də mövcud təcrübədən yararlanaraq öz vəsaiti hesabına ipoteka kreditləri təklif edir. Bank bu sahədə əvvəllər Beynəlxalq Maliyyə Korporasiyası ilə də birgə proqram həyata keçirib və bu əməkdaşlığın gələcəkdə də davam edəcəyi gözlənilir. Sosial-yönümlü siyasətinə uyğun olaraq DəmirBank ipoteka kreditləşməsinə böyük önəm verir. Ümumilikdə bütün mənbələr hesabına Bankın 1 sentyabr 2010-cu il tarixinə ipoteka kreditləri üzrə portfeli 18,4 mln. manat təşkil edir” – deyə İdarə Heyəti Sədrinin müavini Yusif Cabbarov bildirib.
DəmirBank-ın öz vəsaiti hesabına ipoteka kreditləri ilə bağlı Bankın filiallarına müraciət etmək olar. İpoteka kreditləri barədə daha ətraflı məlumat üçün www.demirbank.az saytına daxil olmaq və ya Telefon Məlumat Mərkəzi – 149 nömrəsinə zəng etmək olar.
Ölkənin ilk banklarından olan DəmirBank (əvvəlki adı Azərdəmiryolbank) 1989-cu ildə fəaliyyətə başlayıb. Bankın səhmdarları sırasına beynəlxalq maliyyə təşkilatları olan Avropa Yenidənqurma və İnkişaf Bankı və Hollandiya İnkişaf Maliyyə Şirkəti (FMO) daxildir.

1276