“Xəzər həftəsi" ilə bağlı tədbirlər keçiriləcək
. Məqsəd bütün dünyada cəmiyyətin, dövlətin və özəl sektorun diqqətini dənizin və onun bioresurslarının qorunmasına yönəltməkdir.
Ekologiya və Təbii sərvətlər Nazirliyini n mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, "Beynəlxalq Dəniz günü"nü Azərbaycanda da geniş qeyd olunacaq. Belə ki, həftə ərzində nazirliyin mütəxəssisləri tərəfindən ictimaiyyətə su hövzələrinin zənginliyi barədə məlumatlar veriləcək, hər bir sakinə bu resursların qorunmasının vacibliyi təbliğ ediləcək.
27-30 sentyabr tarixlərində “Xəzər həftəsi”nin qeyd olunması məqsədilə nazirlik tərəfindən tədbirlər planı hazırlanıb. Həmin tədbirlər planına uyğun olaraq, Xəzər dənizinin Azərbaycana mənsub 955 kilometrlik sahil zolağında - Nabran, Sumqayıt, Bakı, Neftçala, Lənkəran şəhər və rayonlarının ərazilərində vətəndaşların, yerli icra strukturlarının və təhsil müəssisələrinin iştirakı ilə iməciliklərin, dəyirmi masaların keçirilməsi keçirilməsi planlaşdırılıb. Həmçinin Xəzərin bioresurslarının artırılması istiqamətində Azərbaycan hökuməti tərəfindən görülmüş işlər barədə məktəblilərin və KİV nümayəndələrinin məlumatlandırılması nəzərdə tutulub.
Elxan SALAHOV

892