Azərbaycanın “Grante” şirəsi birinci oldu - FOTO
“Aznar” (http://aznar.az ) holdinqinə məxsus “Grante” (http://www.grante-russia.ru) əmtəə nişanlı təbii meyvə şirələri “Qida dünyası/World Food Moscow 2010” sərgisi çərçivəsində keçirilən “2010-cu ilin məhsulu” adlı beynəlxalq peşəkar dequstasiya müsabiqəsində ən yaxşı məhsul elan olunub. Azərbaycanın istehsalı olan təbii nar və heyva şirələri ən yaxşı sayılaraq qran-priyə layiq görülüb. Bu məhsullar “Aznar”ın Göyçaydakı müəssisəsində hazırlanıb. Belarus istehsalı olan “Grante” nektarları isə qızıl medala layiq görülüb.
Qeyd edək ki, sentyabrın 14-17-də Moskvadakı “Eksposentr” mərkəzi sərgi kompleksində keçirilən XIX beynəlxalq ərzaq məhsulları sərgisində 55 ölkədən 1200 şirkətin analoji məhsulları nümayiş olunub. Azərbaycan brendi kimi təqdim edilən bu məhsullar da onların arasından seçilib. “World Food Moscow 2010” sərgisi dünya bazarına keyfiyyətli ərzaq məhsulları təqdim edən mötəbər tədbirdir. Hər il keçirilən bu sərgi nüfuzlu istehsalçı və ixracatçı şirkətlərin işgüzar həyatında əhəmiyyətli yer tutur. XIX sərgi də qida məhsulları bazarında mühüm biznes hadisəsinə çevrilib. Azərbaycanı sərgidə uğurla təmsil etmiş “Grante” şirələrini digər oxşar məhsullardan fərqləndirən ən əsas xüsusiyyət onların fizioloji cəhətdən aktiv maddələrlə daha zəngin, qidalılıq dəyərinin isə yüksək olması, əla keyfiyyətli seçmə məhsullardan hazırlanması və bu zaman sanitar-gigiyenik normalara ciddi əməl edilməsidir.
Yüksək keyfiyyətli təbii şirələr istehsalı ənənəsini bərpa edən “Aznar” şirkəti Azərbaycanda yalnız üzvi gübrələrin istifadə olunduğu əkin sahələrində meyvə yetişdirir. “Grante”nin beynəlxalq aləmdə uğur qazanmasının sirri də şirkətin yalnız keyfiyyət amilinə diqqət yetirməsindədir. Xatırladaq ki, “Grante” nar şirələri hələ 2008-ci ildə “Bioloji cəhətdən təhlükəsiz məhsul” sertifikatı və “Bioloji baxımdan təhlükəsizdir” markası daşımaq hüququ alıb. Başqa sözlə, Azərbaycan şirələri Ümumdünya Genetik Təhlükəsizlik Assosiasiyası tərəfindən bəyənilib. Onu da deyək ki, “Aznar”ın “Grante” ticarət markalı unikal təbii şirələri hazırda Rusiya, Yaponiya, Almaniya, Kanada, Yeni Zelandiya, Belarus və digər ölkələrə ixrac olunur. Bu şirkətin qurucusu və sahibi Rusiyada yaşayan azərbaycanlı milyarder, nüfuzlu iş adamı Fərhad Əhmədovdur.

Oxşar yazılar

Bakının bu rayonlarında qaz olmayacaq
15 avqust 2025 , 10:44
“Bura çölün düzü idi, ağlımıza gəlməzdi ki, belə gözəl layihə tikilər” - VİDEO
14 avqust 2025 , 15:43
Kapital Bank 5 nominasiyada nüfuzlu “Stevie Awards” mükafatına layiq görüldü
14 avqust 2025 , 15:39
Azercell-in Əlaqə Mərkəzi 2025-ci ilin ilk yarısında 2,5 milyondan çox müraciət qəbul edib
14 avqust 2025 , 13:52
Bakının bu rayonlarında QAZ OLMAYACAQ
14 avqust 2025 , 09:36
Bitkoin tarixi rekordunu yenilədi
14 avqust 2025 , 04:30
“Azərişıq” yenidən TƏŞKİL EDİLİR
13 avqust 2025 , 12:22