Mərkəzi Bankda pulların yuyulmasından danışılıb
Azərbaycan Mərkəzi Bankın sədri Elman Rüstəmov İqtisadi Əməkdaşlıq və İnkişaf təşkilatının Maliyyə Tədbirləri üzrə işçi qrupunun (FATF) nümayəndə heyətini qəbul edib.
Mərkəzi Bankın mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, görüşdə pulların yuyulması və terrorizmin maliyyələşdirilməsinə qarşı mübarizə sistemi üzrə Azərbaycanın əldə etdiyi nailiyyətlərin qiymətləndirilməsi və ölkəmizin FATF-ın siyahısından çıxarılması üzrə təkliflərin hazırlanması məsələləri müzakirə olunub. Qonaqlar Azərbaycanın bu sahədə gördüyü tədbirləri yüksək qiymətləndirib. Nümayəndə heyəti təmsil etdiyi qurumun ölkəmizlə, xüsusilə Mərkəzi Bankla əməkdaşlıqdan məmnun olduqlarını bildirərək, bu əlaqələrin gələcəkdə də davam etdiriləcəyinə ümidvar olduqlarını bildiriblər.
Mərkəzi Bankın sədri Elman Rüstəmov isə qonaqları ölkəmizdə görməkdən məmnunluğunu ifadə edib. O, ikitərəfli əlaqələrin uğurla inkişaf etdiyini söyləyərək, FATF-ın Azərbaycanla əməkdaşlığını təqdirəlayiq hesab etdiyini deyib.
Görüşdə FATF-ın icraçı katibi Kevin Vandertqrift, ABŞ-nın Maliyyə departamentinin Terrorçuluğun maliyyələşdirilməsi və maliyyə cinayətləri Agentliyinin siyasi məsləhətçisi Kristofer Burdik, Avropa Şurasının Moneyval Komitəsinin icraçı katibi Con Rinqas, Almaniya Federal Maliyyə Nəzarəti təşkilatının pulların yuyulmasına qarşı mübarizə bölməsinin rəhbəri Cens Ferhof iştirak edib.
Elxan SALAHOV

Oxşar yazılar

“Nar” Quba və Mingəçevirdəki abunəçilərinin görüşünə gəlir!®
18 avqust 2022 , 17:35
“Azəri̇qaz”da növbəti̇ GÖRÜŞ OLACAQ
18 avqust 2022 , 16:01
Gənclər “Bakcell”in dəstəyilə öz biznesini quracaq ®
18 avqust 2022 , 15:58
Bunların enerji içkisi olmadığını bilirdiniz? - SİYAHI
17 avqust 2022 , 19:25
Bu rayonlarda QAZ OLMAYACAQ
17 avqust 2022 , 18:54
İdmançılara ayrılan vəsaitlər ödənilməyib - NAZİRLİYƏ İTTİHAM
17 avqust 2022 , 18:05
"Azercell"dən abunəçilərinə xəbərdarlıq®
17 avqust 2022 , 17:43