120 yaşlı “Borjomi”
Dünyaca məşhur “İDS Borjomi Georgia” şirkəti özünün “Borjomi” ticarət nişanın 120 illik yubileyini qeyd edir. Gürcüstanda qablaşdırılmış su bazarına liderlik edən bu ticarət markasının tarixi, onun xüsusiyyətləri və nailiyyətləri şirkət rəhbərliyinin Bakıda keçirdiyi mətbuat konfransında Azərbaycan ictimaiyyətinə də çatdırılıb.
Lent.az-ın məlumatına görə, “İDS Borjomi Georgia” şirkətinin baş direktoru Zaza Kikvadze bildirib ki, “Borjomi” ilk dəfə şüşə qabda 1890-cı ildə buraxılıb və indiyədək eyni mənbədən doldurulur. 2009-cu ildə bu məhsulun Azərbaycana ixracının 6 milyon ədəd təşkil etdiyini deyən baş direktorun sözlərinə görə, “Borjomi” Azərbaycanın qablaşdırılmış su bazarının şəriksiz lideridir. Ötən il “İDS Borjomi Georgia” şirkəti Azərbaycan bazarına “Likani” adlı yeni mineral su növü də daxil edib.
Zaza Kikvadze bildirib ki şirkət bu il şirkət “Borjomi”nin satını 15 faiz artırmaq niyyətindədir. Onun sözlərinə görə, ötən il 115 milyon ədəd “Borjomi” istehsal olunub və onun 65 faiz ixrac edilib: “Biz 120 illik yubileyimizi belə nailiyyətlərlə qeyd etməkdən şərəf duyuruq. Yüz ildən çoxdur ki, istehsal edilən, dövlətimizin başlıca sərvətlərindən olub Gürcüstanın fəxrinə, vizit kartına çevrilən bu məhsul illərin sınağından çıxaraq dünya bazarında öz yerini tutub”.
Xatırladaq ki, “Borjomi” ticarət nişanlı mineral suyun hasilatı və qablaşdırılması hüququ “İDS Borjomi Georgia” şirkətinə məxsusdur. Bu şirkət ötən il Gürcüstanda keçirilən tenderdə qalibi gələrək, “Borjomi”nin hasilatı və süzülüb qablaşdırılması üzrə 25 illik lisenziya alıb. “İDS Borjomi Georgia” şirkəti qablaşdırılmış su bazarında 50 faiz payla Gürcüstan bazarında liderdir. Bu suların Azərbaycana idxalçısı və distribüteri “Anteks” şirkətidir.
Elxan SALAHOV

Oxşar yazılar

Bir qramı 5000 dollardır: dünyanın ən bahalı metalı harada çıxarılır
18 iyul 2025 , 20:15Yaşayışa hazır, təmirli mənzil axtaranlar üçün möhtəşəm fürsət
17 iyul 2025 , 16:52
Unibank 2025–2029-cu illər üzrə Dayanıqlılıq Strategiyası və Dayanıqlılıq Siyasətini təsdiqləyib
17 iyul 2025 , 15:21
“Azərsun Holdinq” Mətbuatın 150 illiyi ilə bağlı sərgi təşkil edib
17 iyul 2025 , 10:19
"Siberian Wellness" qida əlavələri bazarında qlobal trendlərlə ayaqlaşır
17 iyul 2025 , 10:00
Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28