Bakıda beynəlxalq seminar keçirilir
Azərbaycan Mərkəzi Bankı ilə Böyük Britaniyanın Mərkəzi Bankının (“Bank of England”) Mərkəzi Bankçılıq Tədqiqatlar Mərkəzinin (CCBS) birgə layihəsi çərçivəsində seminar öz işinə başlayıb.
Mərkəzi Bankın mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, “Pul siyasəti və əməliyyatlar, onların maliyyə sabitliyi ilə qarşılıqlı əlaqəsi” mövzusunda keçirilən seminar iki gün davam edəcək. Seminarda pul siyasəti və maliyyə sabitliyi arasındakı qarşılıqlı əlaqə, pul siyasətinin transmissiya mexanizmi və pul siyasəti, maliyyə köpüyü və prudensial idarəetmə kimi məsələlər müzakirə edilir.
Seminarın açılışında çıxış edən Mərkəzi Bankın sədr müavini Xəqani Abdullayev ölkənin iqtisadi siyasətindən danışaraq bildirib ki, Azərbaycan 2009-cu ildə qlobal-iqtisadi böhrana qarşı preventiv tədbirləri müvəffəqiyyətlə həyata keçirmişdir. O, həmçinin qeyd edib ki, post böhran şəraitində dünya mərkəzi bankları qarşısında yeni çağırışlar yaranıb. Başlıca vəzifələrdən biri pul siyasəti dizaynının təkmilləşdirilməsi və prudensial idarəetmənin makroiqtisadi səmərəsinin artırılmasıdır.
Xatırladaq ki, tədbir pul siyasəti, maliyyə sabitliyi və bazar əməliyyatları sahələrini təmsil edən orta menecment və təcrübəli peşəkarlar üçün nəzərdə tutulub. Seminarda Rusiya, Türkiyə, Gürcüstan, Litva və Azərbaycan Mərkəzi Bankının nümayəndələri iştirak edirlər.
Elxan SALAHOV

Oxşar yazılar

Yanğına görə 9 kəndin qazı kəsildi
15 avqust 2022 , 21:14
“Bizim evdə “Final” var” Lənkəran və Astarada® - FOTO
15 avqust 2022 , 12:28
"Kapital Bank" “Breyn Rinq”in qalib komandasını mükafatlandırdı®
15 avqust 2022 , 10:29
AZAL-ın təyyarəsində PROBLEM: Bakı-Moskva reysi gecikir
15 avqust 2022 , 10:05Rusiyanın Krımda məhv edilən təyyarələrinin dəyəri AÇIQLANDI - VİDEO
12 avqust 2022 , 16:07
"Azəriqaz" yeddi aylıq hesabatını TƏQDİM ETDİ
12 avqust 2022 , 15:59
"Bakcell" qazi və şəhid övladları üçün kurslar təşkil edib®
12 avqust 2022 , 11:44