“Təmiz Şəhər” reyd keçirir
Ekologiya və Təbii Sərvətlər Nazirliyinin, Bakı Şəhər İcra Hakimiyyətinin və “Təmiz Şəhər” ASC-nin birgə yaratdığı İşçi Qrup paytaxtda qeyri-qanuni tullantıların zərərsizləşdirilməsi məqsədilə reydlər keçirir.
“Təmiz Şəhər” ASC-nin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, reydlər zamanı Suraxanı rayonunun Zığ və Dədə Qorqud qəsəbəsində, Binəqədi rayonunun “Baksol” adlanan sahəsində, Xocahəsən gölü sahilində, Xətai rayonunda kərpic zavodunun ətrafında və digər çoxsaylı qeyri-qanuni tullantı sahələrində müxtəlif qanun pozuntuları aşkarlanıb. Belə ki, bərk məişət tullantılarının daşınması ilə məşğul olan qurumlar tullantıları Balaxanı poliqonuna daşımalı olduğu halda, bəzi sürücülərin tullantıları son məntəqəyə qədər daşımadığı, bununla da qanun pozuntusuna yol verildiyi müəyyən edilib.
Qeyri-qanuni tullantı sahələrinə tullantı daşıyan maşın sahibləri İşçi Qrup tərəfindən reydlərin keçirilməsi barədə məlumatlı olduğu üçün tullantıları qeyri-qanuni sahələrə axşam və gecə saatlarında daşımağa üstünlük verirlər. Aşkar edilmiş faktlarla bağlı müvafiq müəssisə və mənzil-kommunal təsərrüfat birliklərinə məlumat göndərilmiş, onlardan belə halların qarşısının alınması barədə tədbir görmələri tələb olunub.
Hazırda belə halların aradan qaldırılması məqsədilə müəyyən tədbirlər hazırlanır.
Elxan SALAHOV

Oxşar yazılar

"City Garden Narimanov"da təmirli, köçməyə hazır mənzillər satışdadır - "Kristal!"
11 iyul 2025 , 14:29
HONOR 400 seriyasındakı süni intellektlə əlinizdəki imkanlar inanılmaz gələcək
11 iyul 2025 , 09:00
"Unibank"ın sahibkarlar üçün yay kampaniyası davam edir
10 iyul 2025 , 15:49
“Azercell CUP 2025” proqramlaşdırma müsabiqəsinin nəticələri açıqlandı
10 iyul 2025 , 11:08
“Azercell”in kibermaarifləndirmə təşəbbüsü davam edir - VİDEO
9 iyul 2025 , 15:30
“Nar” regionlarda təhsilə dəstəyini davam etdirir
9 iyul 2025 , 15:17
ABB-nin reytinqi tarixi maksimuma yüksəldi!
9 iyul 2025 , 13:18