13 mağazada yararsız məhsul aşkarlandı - SİYAHI
Yoxlama zamanı 150 kiloqrama yaxın saxta mallar məhv edilib
İqtisadi İnkişaf Nazirliyi yanında Antiinhisar Siyasəti və İstehlakçıların Hüquqlarının Müdafiəsi Dövlət Xidmətinin ticarət mərkəzlərində apardığı monitorinqlərin nəticəsini açıqlayıb. Yoxlamalar Bakı və Gəncə şəhərlərini, Şəki və Siyəzən rayonlarını əhatə edib.
Nazirliyin mətbuat xidmətindən Lent.az-a bildiriblər ki, monitorinq zamanı 13 mağazanın hər birində istifadə müddəti ötmüş yararsız məhsullar aşkarlanıb. Mağazaların böyük əksəriyyəti yenə də paytaxt Bakının payına düşür. Həmin mağazaların siyahısı və yerləşdiyi ünvanlar belədir:
Bakı şəhərinin Nəsimi rayonunda
- H.Aslanov küçəsi, ev 101, mənzil 10 ünvanında Həmdulla Şahvələdova məxsus mağazada;
- Mərdanov Qardaşları küçəsi, ev 11 ünvanında yerləşən “Kamil market”də;
- H.Seyidzadə küçəsi, ev 22A, mənzil 16 ünvanında yerləşən “Hünər market”də;
- H.Seyidzadə küçəsi, ev 15 ünvanında İdrak Əsgərova məxsus mağazada;
- H.Seyidzadə küçəsi, ev 22A, mənzil 1 ünvanında yerləşən “Sənan market”də;
- 5-ci mikrorayon, Cavadxan küçəsi, ev 17/25 ünvanında yerləşən “Arka market”də;
Səbail rayonunda
- İ.Səfərli küçəsi, 5 ünvanında Çingiz Məmmədova məxsus mağazada;
- H.Hacıyev küçəsi, ev 7, mənzil 5 ünvanında Səxavət Nəzərova məxsus mağazada;
Nərimanov rayonunda
- Ak. H.Əliyev küçəsi, 117 ünvanında Nazim Qarayevə məxsus mağazada;
Nizami rayonunda
- C.Naxçivanski küçəsi, ev 90 ünvanında Səbinə Həsənovaya məxsus mağazada;
Şəki şəhərində
- Bazar ərazisində yerləşən Ramiz Qədirova məxsus mağazada;
Gəncə şəhərində
- Z.Hacıyev küçəsi, ev 75-74, mənzil 3 ünvanında Qəhrəman Namazova məxsus ərzaq malları mağazasında;
Siyəzən şəhərində
- H.Əliyev küçəsində Saleh Dənyarova məxsus pərakəndə ticarət mağazasında
Monitorinq zamanı ümumi çəkisi 150 kiloqrama yaxın olan, saxlama müddəti ötmüş və etiketlənməsi normativ-texniki sənədlərin tələblərinə uyğun olmayan ərzaq məhsulları satışdan çıxarılıb. Kolbasa məmulatları, makaron və un məmulatları, süd və süd məhsulları, qənnadı məmulatları, bal, yağlar, konservləşdirilmiş məhsullar, quru meyvələr, pivə, mineral sular, sərinləşdirici içkilər, şirələr, uşaq yeməkləri və digər məhsullardan ibarət saxta məhsulların hamısı məhv edilib.
Elxan SALAHOV

642