“Biz heç kəsi dəniz suyu içməyə hazırlamırıq”
Hüseynqulu Bağırov: “Təmizlənmiş dəniz suyu yalnız təsərrüfat məqsədilə istifadə olunacaq”
“Dəniz suyunun duzsuzlaşdırılması layihəsinin məqsədi heç də əhalini içməli su təmin etmək deyil. Biz heç kəsi dəniz suyu içməyə hazırlamırıq”.
Lent.az-ın məlumatına görə, ekologiya və təbii sərvətlər naziri Hüseynqulu Bağırov bu gün keçirdiyi mətbuat konfransında belə deyib. Nazir bildirib ki, hazırda Azərbaycanın yetərincə su ehtiyatları var. Bu ehtiyatla qayğı ilə yanaşılsa, Azərbaycanı uzun illər təmin edəcək: “Baxmayaraq ki, bizim su ehtiyatlarımız Cənubi Qafqazdakı su ehtiyatlarının 10-15 faizidir. Lakin bu 10-15 faiz də bizə bəsdir, sadəcə olaraq, çaylarımızı təmiz saxlamalıyıq, yeraltı sularımızı çirklənmədən qorumalıyıq”.
Nazir deyib ki, Xəzər dənizi tükənməz su ehtiyatı olduğu üçün bu suyun da şirinləşdirib istifadəsinə hazır olmalıyıq. Onun sözlərinə görə, dəniz suyu şirinləşdirildikdən sonra içməli suyun tələblərinə cavab verəcək. Amma həmin sudan içməli su kimi, təsərrüfat məqsədilə istifadə ediləcək.
“Bizim məqsədimiz odur ki, pilot layihələr həyata keçirək və lazım gələrsə, ölkənin su ehtiyatlarının mənbələrindən biri kimi dəniz suyundan istifadə etmək texnologiyalarına hazır olaq. Ona görə də sutkada 100 kubmetr suyu təmizləmək gücünə malik qurğu üçün tender elan olunub. Ehtimal ki, qurğu Xıdırlı kəndi ətrafında quraşdırılacaq” - deyə, Hüseynqulu Bağırov deyib.
Sınaq layihə ilə yanaşı dəniz suyunun təmizlənməsi üçün bir neçə xırda layihələrin də həyata keçiriləcəyini deyən nazir bildirib ki, Şirvan Parkı bütünlüklə dəniz suyundan istifadə ediləcək. Belə ki, parkın ərazisindəki yaşıllıqların təmizlənmiş dəniz suyu ilə suvarılması nəzərdə tutulur.
Bundan başqa, əlavə olaraq 2 mobil hərəkət edən qurğular quraşdırılacaq ki, bu da gündə 25-30 ton kubmetr dəniz suyunu şirinləşdirəcək. Bu qurğular təkərlər üzərində hərəkət edəcək və günəş batareyası ilə işləyəcək.
Elxan SALAHOV

847