Dövlət ehtiyacları üçün torpaqlar necə alınacaq?
Sənəd Milli Məclisin müzakirəsinə çıxarılacaq
Bu gün Milli Məclisin Aqrar siyasət komitəsinin iclası keçirilib. Bu barədə Lent.az-a Milli Məclisin mətbuat xidmətindən məlumat verilib.
Əvvəlcə Komitə sədri Eldar İbrahimov iclasın gündəliyinə daxil edilən “Torpaqların dövlət ehtiyacları üçün alınması haqqında” qanun layihəsi barədə məlumat verib. O bildirib ki, sənəd torpaqların dövlət ehtiyacları üçün alınması, bununla bağlı kompensasiyaların məbləğinin hesablanması və ödənilməsi qaydalarını, bu sahədə tərəflər arasında yaranan münasibətləri tənzimləyir. E.İbrahimov deyib ki, sənədin əvvəlki iki oxunuşunda millət vəkilləri və mütəxəssislər tərəfindən bildirilən irad və təkliflər işçi qrupunda ətraflı müzakirə edilib.
Çıxış edən deputatlar bildirdilər ki, torpaqların dövlət ehtiyacları üçün alınması prosesi çox həssas bir məsələdir. Qanun layihəsində fiziki və hüquqi şəxslərin mülkiyyət hüququnun toxunulmazlığı, şəffaflığın təmin olunması, mübahisələrə yol verilməməsi tam əksini tapıb. Sənəddə, həmçinin torpaqların alınması, alınan torpağın qiymətləndirilməsi, kompensasiya ilə bağlı iddialar, onun ödənilməsi ilə bağlı prosedur qaydaları və digər məsələlər geniş şəkildə əhatə olunub. Qanun layihəsinə 21 yeni maddə əlavə edilib, 300-dən çox dəyişiklik edilib, sənədin dili və üslubu təkmilləşdirilib.
Deputatlar təklif olunan dəyişiklikləri razılıqla qarşılayıblar və sənədin III oxunuşun tələblərinə tam cavab verdiyini bildiriblər.
Müzakirələrdən sonra sənədin Milli Məclisin müzakirəsinə çıxarılması məqsədəuyğun hesab olunub.

786