Bölgələrdə seysmik stansiyalar qurulacaq
Azərbaycanda fəaliyyət göstərən seysmoloji stansiyaların sayı 30-a çatdırılacaq
Bu ilin sonunadək respublikanın bütün seysmogen bölgələrində müasir texnika ilə təchiz olunmuş seysmoloji, geofiziki və seysmogeokimyəvi stansiyalar şəbəkəsi qurulacaq. Bunun nəticəsində Azərbaycanda fəaliyyət göstərən seysmoloji stansiyaların sayı 30-a çatdırılacaq.
Milli Elmlər Akademiyası Seysmoloji Xidmət Mərkəzinin direktoru Qurban Yetirmişli Lent.az-a bildirib ki, hazırda respublika ərazisində 21 belə mərkəz fəaliyyət göstərir. Bu mərkəzlərin 14-ü 2002-2003-cü illərdə amerikalı mütəxəssislər tərəfindən quraşdırılıb. Ötən il isə ölkə ərazisində daha 7 mərkəz yaradılıb. Onun sözlərinə görə, bu mərkəzlərin hər bir Amerikanın “Kinemetriks” şirkətinin istehsalı olan müasir telemetrik – rəqəmli rabitə, peyk rabitəli kanallı seysmik stansiyalarla təmin olunub.
Baş seysmoloq bildirib ki, dünyanın ayrı-ayrı ölkələrində baş verən zəlzələləri artıq Azərbaycanda qeydə almaq mümkündür: “Bu saat bizdə elə avadanlıqlar var ki, dünyanın ən məşhur şirkətlərində istehsal olunub. Bu avadanlıqların bütün imkanlara malikdir, dünyanın hər yerində – İndoneziyada, Haitidə, Amerikada, Yaponiyada, Çində baş verən zəlzələlər bizim bu cihazlarda qeydə alınır. Həmin avadanlıqlar sayəsində bütün məlumatlar peyk rabitəsi vasitəsilə saniyəbəsaniyə ötürülür”.
Qurban Yetirmişli deyib ki, ilin sonunadək respublika ərazisində daha 9 mərkəzin yaradılması nəzərdə tutulur. Bu mərkəzlərin 2-si Naxçıvanda, digərləri isə Gədəbəy, Zərdab, Qəbələ, Qobustan, Astara, Qusar və Qubanın Xınalıq kəndi ərazisində tikiləcək. Bununla da ölkə ərazisində seysmoloji duruma tam şəkildə nəzarət edib, daha dəqiq təhlillər aparmaq mümkün olacaq.
Xatırladaq ki, Abşeron yarımadasının həm şimalı, həm də cənubu, cənub-şərqi zəlzələ ocaqları ilə zəngindir. Şamaxı-İsmayıllı, Şəki-Zaqatala, Gəncəbasar bölgəsi, Lənkəran-Astara-Lerik zonası və Naxçıvanda da zəlzələ ocaqları var.
Elxan SALAHOV

Oxşar yazılar

Sabah bu rayonda qaz kəsiləcək
16 iyul 2025 , 18:21
"Birbank Biznes"in dəstəyi ilə keçirilən She’s Next təşəbbüsünün qalibləri müəyyənləşib
16 iyul 2025 , 11:28
“Azərbaycan Uşaq Qaynar Xətti” 2025-ci ilin ilk yarısında 2173 müraciət qeydə alıb
16 iyul 2025 , 11:23Bakıda satılan ən bahalı mənzillər - SİYAHI
15 iyul 2025 , 16:59
Xırdalan şəhərinin işığı kəsiləcək
15 iyul 2025 , 16:16
"Kapital Bank" ilin ilk yarısı üzrə maliyyə nəticələrini elan edib
14 iyul 2025 , 19:29
“AI Startup Challenge” müsabiqəsinin qalibləri elan olundu
14 iyul 2025 , 15:34