Sumqayıtda yeni avtobus dayanacaqları quraşdırılır
Yeni dayanacaqlar şəhərin müxtəlif ərazilərində, xüsusən də əhalinin sıx məskunlaşdığı yerlərdə qurulur
Sumqayıt şəhərində sərnişinlərin rahatlığının tam təmin edilməsi məqsədilə yeni avtobus dayanacaqları quraşdırılır. Artıq şəhər ərazisində 43 yerdə yeni avtobus dayanacaqları quraşdırılıb, ümumilikdə 52 yerdə beton tökülüb.
Sumqayıt Şəhər İcra Hakimiyyətindən Lent.az-a bildiriblər ki, yeni avtobus dayanacaqları şəhərin müxtəlif ərazilərində, xüsusən də əhalinin sıx məskunlaşdığı yerlərdə quraşdırılır. Belə ki, şəhərin Sülh küçəsində 11, Koroğlu prospektində 15, H.Əliyev prospektində 14, Ü.Hacıbəyov küçəsində 1, Z.Hacıyev küçəsində 3, S.Vurğun küçəsində 1, Bakı küçəsində 6, 20 Yanvar küçəsində isə 1 ədəd dayanacaq quraşdırılıb. Hazırda quraşdırılmış yeni dayanacaqların ətraf ərazilərinə abadlıq işləri görülür, dayanacaqların ətrafına tamet döşənir.
İcra Hakimiyyətində bildirirlər ki, ümumilikdə şəhər ərazisində 65 ədəd yeni avtobus dayanacaqlarının quraşdırılması nəzərdə tutulub.
Elxan SALAHOV

Oxşar yazılar
Yaşayışa hazır, təmirli mənzil axtaranların diqqətinə - VİDEO
3 iyul 2025 , 14:39
Azərbaycanın bu rayonunda işıqlar kəsiləcək
3 iyul 2025 , 09:22
Bir ekosistem ölkənin ən böyük e-ticarət platforması Birmarket ilə daha da güclənir
2 iyul 2025 , 16:35
Birbank Bahar lotereyasının qaliblərinə hədiyyələr təqdim olundu
2 iyul 2025 , 11:29
Azercell və Cüdo Federasiyasının “Doğru yol budur” layihəsi beynəlxalq mükafata layiq görülüb
2 iyul 2025 , 11:11
Azərbaycanda maşın bazarındakı SATICI FIRILDAQLARI - Araşdırma
2 iyul 2025 , 10:04
Bakının bu qəsəbəsində işıq olmayacaq
2 iyul 2025 , 09:15