Telman İsmayılov “otellər şəbəkəsi” yaradır
Çəkilən fantastik xərci və açılışı ilə böyük bir hadisəyə çevrilmiş “Mardan Palace” otelindən Antalya ilə yanaşı, başqa şəhərlərdə də olacaq. Lent.az-ın Türkiyənin “Zaman” qəzetinə istinadən verdiyi məlumata görə, azərbaycanlı milyarder Telman İsmayılov eyni markalı oteli Moskva, Soçi (hər ikisi Rusiya) və İstanbul (Türkiyə) şəhərlərində də quraraq, “otellər şəbəkəsi” yaradacaq.
Telman İsmayılovun otelinin baş direktoru Cumhur Özen bu barədə qısa açıqlama verərkən, artıq Moskvada tikiləcək otelin yerinin müəyyənləşdirildiyini deyib: “Qısa müddətdə inşaat işlərinə başlanacaq. Soçidə isə otelin tikiləcəyi yer axtarılır. Həmçinin, İstanbuldakı yerlərə də baxırıq. Yerləri tapıb dəqiqləşdirən kimi inşaat işlərinə başlayacağıq. Bu otellərin hər bir Antalyadakı kimi möhtəşəm olacaq, bununla da “otellər şəbəkəsi” yaradılacaq”.
Özen hər bir qurum kimi “Mardan Palace”ın da müəyyən borclarının olduğunu, lakin həmin vəsaitin artıq 80%-ini qaytarıldığını bildirib.
Keçən ilin iyun-noyabr aylarında otelin 46%-nin dolduğunu deyən baş direktor “Mardan Palace”a əsasən, başda Rusiya olmaqla MDB ölkələri, həmçinin türk, ingilislərin və Yaxın Şərq ölkələri vətəndaşlarının qonaq gəldiyini bildirib. O, qiymətlərlə də bağlı danışaraq, oteldə qalmaq üçün bir günlük xərcin qış aylarında 255 avrodan başlayaraq, 10280 avroya, yayda isə 345 avrodan 15120 avroya qədər olduğunu bildirib: “Oteldə müxtəlif tip 560 otaq, 16 restoran və hər cür xidmət var”.
O, otelin satın alma, yaxud kirayə üçün istənilməsi barədə qəzetlərdə yazılanları da təkzib edib: “Mardan Palace” nə satlıq, nə də kirayəlikdir”.
Xatırladaq ki, “Mardan Palace”ın tikintisinə 1,4 milyard dollar xərcləyən Telman İsmayılov otelin açılışına dünyanın məşhur ulduzlarını yığmışdı. Onun bu addımının Rusiya hökumətini qəzəbləndirdiyi bildirilirdi.

1325