Fransız mütəxəssis Zinəddin Zidan məşqçilik karyerasını Liqa 1-də davam etdirə bilər.
Lent.az xarici mediaya istinadla xəbər verir ki, Paris Sen-Jermen rəhbərliyi Zidanın namizədliyinə maraq göstərir. Qeyd olunur ki, parislilərin rəhbərliyi Çempionlar Liqasının pley-off mərhələsinə vəsiqə qazana bilməyəcəyi təqdirdə İspaniya yığmasının baş məşqçisi Luis Enrikeni istefaya göndərmək imkanını nəzərdən keçirə bilər.
Xatırladaq ki, Zinəddin Zidan 2016-2018 və 2019-2021-ci illərdə "Real Madrid"ə rəhbərlik edib. Fransız məşqçi Los Blankosla birlikdə ikiqat İspaniya çempionu, iki dəfə İspaniya Superkubokunun qalibi və üç dəfə Çempionlar Liqasının qalibi olub.