Fransa Futbol Federasiyası Zinəddin Zidanı milli komandaya baş məşqçi təyin etmək fikrindən imtina edib.
Lent.az bildirir ki, bu barədə “Le Parisien” məlumat yayıb.
Didye Deşam AVRO-2024-ə qədər daha 2 il Fransa millisini çalışdıracaq.
Deşam 2012-ci ildən Fransa millisinə rəhbərlik edir. 54 yaşlı mütəxəssisin müqaviləsi dünya çempionatının sonuna kimi hesablanıb.
Fransa Deşamın rəhbərliyi altında 2016-cı ildə Avropanın vitse-çempionu, 2018-ci ildə dünya çempionu, 2021-ci ildə Millətlər Liqasının qalibi olub.
Dünya çempionatının yarımfinalında Fransa dekabrın 14-də Mərakeş yığması ilə qarşılaşacaq.