“Fiorentina” Konfrans Liqasında Turinin “Yuventus”unun əvəzinə çıxış edəcək.
Lent.az xarici mediaya istinadla bildirir ki, bu barədə komandanın rəsmi saytı xəbər verir.
Bundan əvvəl Avropa Futbol Assosiasiyaları İttifaqının (UEFA) klublara maliyyə nəzarəti üzrə Komitəsi "Yuventus"un 2023/24 mövsümü üçün avrokubokların iştirakçıları siyahısından çıxarıldığını elan edib.
May ayında İtaliya Futbol Federasiyası kapital qazanma davasında milli çempionat cədvəlində "Yuventus"dan 10 xal sildi. Komanda mövsümün sonunda yeddinci yeri tutaraq Konfrans Liqasına vəsiqə qazansa da, qadağaya görə turnirdə iştirak etməyəcək. Fiorentina ötən mövsümü səkkizinci yerdə başa vurub.