Yığmamızın voleybolçusu Çağırış kuboku yarışlarında gümüş medal qazandı
24 mart 2023 05:58 (UTC +04:00)

Yığmamızın voleybolçusu Çağırış kuboku yarışlarında gümüş medal qazandı

Qadın voleybolçulardan ibarət Azərbaycan millisinin üzvü Yelizaveta Ruban avrokubokda gümüş medal qazanıb.

Lent.az xəbər verir ki, hücumçumuzun formasını geyindiyi Rumıniyanın "CSM Lugoj" klubu Çağırış kuboku yarışlarının finalında İtaliyanın “Reale Mutua Fenera Chieri” komandası ilə qarşılaşıb.

Final çərçivəsində keçirilən hər iki oyunda rəqib quru hesabla qalib gəlib – 3:0. Beləliklə, voleybolçumuzun komandası turnirin gümüş medalına sahib olub.

# 1425
avatar

Oxşar yazılar