Azərbaycan millisinin yarımmüdafiəçisi Anatoli Nuriyev Ukrayna çempionatında yaranmış fasilədən istifadə edərək ölkə xaricinə istirahətə yollanıb.
Apasport.az saytının məlumatına görə, “Kolos”un pleymeykeri sevgilisi ilə birlikdə Dominikan Respublikasına gedib.
25 yaşlı futbolçu bu barədə instaqram hesabındakı paylaşımında bildirib. Milliləşdirilmiş futbolçu mövsümün ilk yarısının yorğunluğunu çıxmaqla məşğuldur.
Qeyd edək ki, bu ildən Azərbaycan millisinə çağırılan Anatoli Nuriyev “Qarabağ”ın transfer gündəmindədir.