Yığmamız yenə “quru hesabla” uduzdu
26 may 2021 09:03 (UTC +04:00)

Yığmamız yenə “quru hesabla” uduzdu

Qadın voleybolçulardan ibarət Azərbaycan milli komandası Rumıniyada ikinci yoxlama oyununu keçirib. 

Apasport.az saytının məlumatına görə, Qızıl Avropa Liqasına hazırlaşan yığmamız ev sahibləri ilə daha bir matçda gücünü yoxlayıb. 

İlk qarşılaşmada olduğu kimi bu dəfə də rəqib asan qələbəyə sevinib. Voleybolçularımız yenə 0:4 (15:25, 19:25, 18:25, 23:25) hesabı ilə uduzublar. 

Qeyd edək ki, mükafat fondu 413 min avro olan Qızıl Avropa Liqasının A qrupunda yer alan millimiz Fransa, Rumıniya və İspaniya ilə mübarizə aparacaq. Komandalar ilk dövrəni mayın 28-30-da Rumıniyada, ikinci dövrəni iyunun 4-6-da Fransada oynayacaqlar.

# 1251
avatar

Oxşar yazılar